Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

"Standard & Poor's" “PAŞA Bank”ın reytinqini təsdiqləmişdir

Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləmişdir.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Direktoru Taleh Kazımovun sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə "PAŞA Bank"ın reytinqinin təsdiqlənməsi Bankın etibarlılığının tutarlı təsdiqidir. “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəsini verməyə hazırıq”.

Xatırladaq ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.