Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

"PAŞA Bank" veb-saytın yeni versiyasını işə saldı

"PAŞA Bank" rəsmi veb-saytın yeni versiyasını işə saldı. Sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır, məzmununa görə optimallaşdırılmışdır və istifadədə maksimum rahatdır.

Veb-saytın yeni versiyası müştərilərlə əlaqənin güclü aləti qismində çıxış edir və "PAŞA Bank" tərəfindən təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı təqdim edir, Azərbaycanın son illər ərzində makroiqtisadi və maliyyə göstəricilərini, ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə statistik məlumatları və müştərilərə və investorlara tələb olunan digər informasiyanı əks etdirir.

Əvvəl də olduğu kimi, Bankın yeni müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə və "PAŞA Bank"ın maliyyə göstəriciləri ilə, cari tarix  olan valyuta  məzənnələri ilə və sair məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin, qonaqlara mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.

"PAŞA Bank"ın yeni veb-saytı "Instinctif Partners" (Böyük Britaniya) və "MediaDesign" (Azərbaycan) şirkətləri tərəfindən hazırlanıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.