Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Qeyri-neft sektorunun rəqabət qabiliyyəti artımında pozitiv dinamika müşahidə olunur

PAŞA Bank rüblük əsasda ölkə üzrə iqtisadi icmalın növbəti buraxılışını dərc etdi. Bu icmalda 2014-cü ildə qeyri-neft sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatında artımın və iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsinin davam etdiyi göstərilmişdir.

Qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq, il ərzində dayanıqlı makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub saxlanılmışdır. Mərkəzi Bankın prudensial siyasəti istehlak kreditlərinin artım tempinin azalmasına səbəb olmuş, real sektorun kreditləşməsi isə genişlənmişdir.

Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması, qeyri-neft sektorunun diversifikasiyası və iqtisadiyyatın struktur dəyişikliyi, eyni zamanda daxili və xarici bazarda artan rəqabət bankın fəaliyyət göstərdiyi makro mühitin yaxından təhlilinə zərurət yaradır. PAŞA Bankın iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Elman Eminov qeyd edir ki, icmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas iqtisadı siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir.

Azərbaycan və ingilis dillərində hazırlanan icmal Bankın mövcud və potensial korporativ müştəriləri üçün nəzərdə tutulur və onların biznes hədəflərinə çatmaq üçün makro və mikro-iqtisadi inkişaf meyllərini daha yaxından təqib etmək imkanı yaradacaq.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.