Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

"PAŞA Bank" 3-cü Beynəlxalq Xəzər Enerji Forumunun sponsorudur

"PAŞA Bank" 11 mart  tarixində  Bakıda keçirilmiş 3-cü  Beynəlxalq Xəzər Energetika Forumunun «qızıl» sponsoru qismində çıxış etdi. Tədbirdə 300 nəfərdən artıq iş adamları, dövlət strukturlarının, yerli bankların, sığorta şirkətlərinin və xarici təşkilatların nümayəndələri iştirak etmişdir. 

Forumda müzakirə olunan  əsas  mövzular sırasında dünya iqtisadiyyatının böhrandan sonrakı dövrü,  Xəzərin neft-qaz sahəsinin xidmət sənayesinin inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi,  biznesin inkişafının dəstəklənməsinə yönəldilən qanunverici təşəbbüslər və sair məsələlər yer almışdır.

Forumun məruzəçiləri ölkənin qeyri-neft sektorunun, xüsusilə də, turizm və informasiya texnologiyaları sahəsinin regionda nəqliyyat marşrutlarının inkişafına, ticarət əlaqələrinin qurulmasında bankların və sığorta şirkətlərinin əhəmiyyətinin gücləndirilməsinə və s. məsələlərə dair fikirlərini  bölüşmüşdülər. 

"PAŞA Bankın" İdarə Heyətinin üzvü, Baş İnvestisiya Direktoru Taleh Kazımovun sözlərinə görə, tədbir iştirakçıları forum çərçivəsində Azərbaycanın qeyri-neft sektorunun inkişafına, habelə, Xəzər və Qara dəniz regionu ölkələri arasında ticarət dövriyyəsinin artırılmasının dəstəklənməsinə yönəldilən bir çox təşəbbüslərlə tanış olmuşlar. T.Kazımov qeyd etmişdir ki: “ ”Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində bank fəaliyyətini genişləndirməklə, biz ölkələr arasında ticarət axınlarının artırılmasına öz töhfəmizi verməyə çalışırıq. Biz regionun uğurlu gələcəyinə əminik və onun iqtisadi inkişafının hərəkətverici qüvvələrindən biri olmağa hazırıq”.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.