Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank ödənişlərin ödəniş terminalları vasitəsilə həyata keçirilməsi xidmətini tətbiq etdi

PAŞA Bank bütün ölkə ərazisində MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.

PAŞA Bankın müştəriləri bu xidmətdən istifadə etməklə, Bankın şöbələrinə getmədən ödənişlərini həyata keçirə bilər. Ödənişin iş günü ərzində həyata keçirildiyi zaman vəsaitlər dərhal daxil olur, əməliyyat qeyri-iş günü aparıldıqda isə vəsaitlər  hesaba növbəti iş günü daxil olur. Terminallar vasitəsilə ödənişləri istər yerli, istərsə də xarici valyutada (USD, EUR, RUR) həyata keçirmək olar.

Kreditin ödənilməsi, hesaba və ya kartın balansına vəsaitin köçürülməsi əməliyyatlarına görə  komissiya haqqı nəzərdə tutulmayıb.   

 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.