Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank beynəlxalq biznes-forumunu keçirdi

Londonda “Azərbaycanın maliyyə bazarı: 2015-ci il üçün proqnoz” beynəlxalq biznes-forumu başa çatdı. Tədbirin təşkilatçısı Azərbaycanın ən iri banklarından biri olan  PAŞA Bank idi.   

Beynəlxalq biznes-forumun məruzəçiləri Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət təmsilçisi, Azərbaycanın Qiymətli Kağızlar üzrə dövlət komitəsinin, PAŞA Bankın,  SWIFT-in və digər şirkətlərin nümayəndələri olmuşdur. Tədbir çərçivəsində dəvət olunmuş məruzəçilər və ekspertlər Azərbaycanın bank sektorunun və yerli bazarın beynəlxalq inkişafının artımı və perspektivləri və digər aktual mövzuları müzakirə etmişlər.

PAŞA Bankın Baş İnvestisiya Direktoru, İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, biznes-forumun mövzu bölmələri çərçivəsində keçirilən müzakirələr iştirakçılara Azərbaycanın maliyyə-bank sisteminin indiki vəziyyəti haqqında fikir mübadiləsi aparmağa, onun 2015-ci ildə gələcək inkişafının vektorlarını öyrənməyə və müvafiq nəticələr çıxararaq, proqnozlar verməyə imkan yaratmışdır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.