Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

"PAŞA Bank" iki beynəlxalq mükafata layiq görülüb

“International Finance Magazine” (IFM) jurnalının qiymətləndirməsi əsasında “PAŞA Bank” Azərbaycanda “Ən yaxşı investisiya bankı” («Best Investment Bank») və “Kiçik və orta sahibkarlar üçün ən yaxşı bank”) («Best SME Bank») mükafatlarına layiq görülüb. Bank bu adları Londonda ötən həftə keçirilən nüfuzlu “Financial Awards 2014” mükafatlarının rəsmi təqdimat mərasimində qazanıb.

“PAŞA Bank”-ın İdarə Heyətinin üzvü, Baş investisiya inzibatçısı Taleh Kazımovun sözlərinə görə, bank tərəfindən investisiya bankçılıq sahəsində göstərilən xidmətlər və kapital bazarlarında həyata keçirilən yeniliklər ölkədən kənarda da izlənilir. Onun fikrincə, Azərbaycan pul bazarının inkişafında ciddi rol oynayan Bank bu addımlarla müştərilərə kapital bazarlarının üstünlüklərindən istifadə etmək imkanı yaratdı. “PAŞA Bank” kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutmuşdur və ölkədə ilk dəfə olaraq sırf bu sektora xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açmışdır. Məqsəd kiçik və orta sahibkarlara daha da yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərmək olmuşdur”, deyə T.Kazımov vurğuladı. O həmçinin Bankı daim dəstəkləyən müştərilər, tərəfdaşlar və səhmdarlara təşəkkürlərini bildirdi.

Qeyd edək ki, “International Finance Magazine” (İFM) jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı Britaniya paytaxtında yerləşən IFM hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.