Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

"PAŞA Bank Georgia" “İlin Bankı” adına layiq görüldü

Gürcüstanda fəaliyyət göstərən "PAŞA Bank Georgia" “İlin Bankı” mükafatına layiq görüldü. Mükafatı Gürcüstan Respublikasının prezidenti Georgi Marqvelaşvili “Caspian Energy Forum 2014” çərçivəsində "PAŞA Bank Georgia"-nın direktorlar şurasının sədri Şahin Məmmədova təqdim etdi.

Şahin Məmmədov dedi: «Caspian Energy Forum 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinin müzakirə olunması üçün bir platformaya çevrilmişdir və yeni investisiyaların cəlb edilməsinə, eləcə də, Xəzər-Qara Dəniz regionu ölkələrinin maliyyə sektorlarının inteqrasiyasına zəmin yaradır. PAŞA Bank Georgia Gürcüstan kimi inkişaf etmiş maliyyə bazarında müvəffəqiyyətli fəaliyyət göstərdiyi ilə qürur duyur.  İnanırıq ki, bizim müvəffəqiyyətimiz Gürcüstan maliyyə bazarının daha da geniş inkişafına və Azərbaycanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə öz tövhəsini verəcək».


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.