Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“PAŞA Bank”dan faktorinqdə böyük dövriyyə

Şirkətlər faktorinq ilə satışlarını artırırlar

Məhsulunu nağd şəkildə satmaq hər bir sahibkarın arzusudur. Reallıqda isə həmişə bu mümükün olmur, satıcı sahibkar alıcı sahibkarın tələblərinə əməl etmək məcburiyyətində qalır. Məhsul və ya xidmət nisyə satılır. Əlində olan pulunu satdığı məhsulun istehsalında xərcləmiş sahibkar, bir çox halarda ödənişi alana qədər yeni sifarişqəbul edə bilmir. Bu müddətdə satıcı sahibkarın dövriyyə vəsaitinə ehtiyacı yaranır. Çoxları bilmir ki, satıcı, alıcınınborcunu ödəyəcəyi vaxta qədər gözləməyə də bilər, həmin vəsaiti faktorinq vasitəsilə asanlıqla əldə etmək olar.

“PAŞA Bank” ASC-nin Debitorların Maliyyələşməsi şöbəsinin rəhbəri Aynura Piriyevadan faktorinq xidməti barədə ətraflı məlumat almışıq.

ŞİRKƏTLƏDƏ DÖVRİYYƏ VƏSAİTİ ÇATIŞMAZLIĞI VAR

Aynura Piriyeva “Marja”ya bildirdi ki, mövcud iqtisadi vəziyyət ilə bağlı olaraq şirkətlərin dövriyyə vəsaitlərinə daha çox ehtiyacı var. Belə ki, satılan məhsul və ya xidmətə görə ödəmə müddətləri uzanıb, sahibkarlar pulu daha gec müddətə alırlar. Satıcı isə pulu vaxtında almaqda maraqlıdır. Çünki yenidən xammal alınmalı, işçilərə əməkhaqqı ödənməli və digər öhdəlikləryerinə yetirilməlidir:

“Hazırkı bazar şəraiti ilə bağlı olaraq alıcıların ödəmə qabiliyyətində müəyyən zəifləmə müşahidə olunur. Əvvəl müqavilələrdə alıcının satıcıya malın və ya xidmətin dəyərinin 30-60 gün ərzində ödəniləcəyi göstərilirdi, amma indi isə bu göstərici 60-90 günə qalxıb. Yəni, əvvəllər “A” şirkəti “B” şirkətinə aldığı malın və ya xidmətin dəyərini 30 günə ödəyirdisə, bu gün həmin müddət 60 günə qədər uzanır. Səbəb satışların aşağı düşməsidir.

Göndərdiyi malın və ya göstərdiyi xidmətin pulunu vaxtında ala bilməyən sahibkar biznesini genişləndirə bilmir. Çünki satıcı sahibkar pulunun böyük hissəsini göndərdiyi malın və ya xidmətin istehsalı üçün xərcləyib. 

PAŞA Bank bizneslərin maliyyə tərəfdaşı mövqeyindən irəli gələrək,  bu problemin həlli üçün faktorinq məhsulu işləyib hazırlamışdır.  Belə ki, müqavilə əsasında mal göndərən və ya xidmət göstərən sahibkarlar hesab-fakturanı və təhvil – təslim aktını “PAŞA Bank”a təqdim edərək müqavilə məbləğinin 95%-nədək vəsait ala bilərlər. Ödənişin  vaxtı çatanda isə alıcıdan vəsaiti tam alaraq qalan 5%-i dəsatıcıya ödəyirik.

FAKTORİNQDƏN İSTİFADƏ ÜÇÜN ƏSAS ŞƏRTLƏR

Aynura xanım qeyd etdi ki, faktorinq prosesi zamanı, bank alıcının borcunu satıcıya ödəyir və vaxtı çatdıqda alıcıda borcunu banka qaytarır. Bank bu xidmətin müqabilində cüzi komissiya alır. Faktorinq vasitəsilə maliyyə vəsaiti almaq üçün satıcı şirkət banka müraciət etməlidir:

“Faktorinqdən istifadə üçün əsas şərt alıcı və satıcı arasında rəsmi müqavilənin bağlanmasıdır. Həmçinin malın göndərildiyini və ya xidmətin göstərildiyini təsdiq edən qaimə-faktura, təhvil-təslim aktı olmalıdır. Bundan başqa, faktorinq xidmətindən istifadə etmək üçün alıcı və satıcı şirkətin bazarda müəyyən zaman fəaliyyət göstərməlidir. müəyyən müddət - ən azı 4-6 ay real fəaliyyəti olmalıdır.  Bazarda öz yerini tutmuş, rəsmi şəkildə mühasibatlığı olan şirkətlər faktorinqdən rahat istifadə edə bilərlər”.

FAKTORİNQİN XƏRCİ

Aynura xanım bildirdi ki, faktorinq məbləği şirkətdən-şirkətə fərqlənir: Faktorinq qiymət baxımından da sahibkarlar üçün sərfəlidir. Kredit götürən zaman sahibkar çoxlu sayda sənədlər təqdim etməli və banka girov qoymalıdır. Faktorinqdə isə istisna hallar xaric, girov tələb olunmur. Müqavilə əsasında, rəsmi çalışan, malları və xidmətləri çatdırmaq qabiliyyətində olan şirkətlərin dövriyyə vəsaitlərilətəmin edə bilərik. Məsələn, müştəriyə 30 günlük verilən maliyyənin xərci cəmi 1.5-2 %-a qədər təşkil edir”.

VƏSAİT 1 GÜN ƏRZİNDƏ ALINA BİLİR

Aynura Piriyeva bunu da qeyd etdi ki, müştəri faktorinq üçün ilk dəfə müraciət etdikdə maksimum 10 gün ərzində ona cavab verilir: “Hər şey tələb etdiyimiz sənədləri müştərinin vaxtında təqdim edməsindən asılıdır. Əgər müştəriyə müsbət cavab verilərsə, ona bir limit müəyyən olunur. Müştəri 1 il ərzində hesab-fakturalarını banka təqdim etməklə həmin limit daxilində maliyyə ala bilər. Müştəri təhvil-təslim aktını və hesab-fakturanı səhər banka təqdim etdikdə axşama qədər pulu alır. Mal və xidmətlər mütləq çatdırılmalı,digər tərəfin öhdəliyi yaranmalıdır. Biz bu növ öhdəliyi maliyyələşdiririk”.

“YERLİ BAZARDA ALICI VƏ SATICILARI YAXŞI TANIYIRIQ”

Əslində faktorinq banklar üçün risklidir. Alıcının borcunu ödəməməsi riski var:

“PAŞA Bankda mütəmadi olaraq  bazar araşdırması aparıran güclü analitik komanda var.. Həmçinin müştəri bazamızın geniş olduğu üçün bir çox hallarda alıcı və satıcın  artıq Bankla bu və ya digər şəkildə əməkdaşlıq edir. Bazar araşdırması olduğu və müştəriləri tanıdığımız üçün vəziyyəti düzgün qiymətləndirə bilirik”, - Aynura Piriyeva bildirdi.

FAKTORİNQDƏN İSTİFADƏ SATIŞLARI ARTIRIR

Aynura Piriyeva vurğuladı ki, faktorinq sahibkarların dövriyyələrini artırmağa çox kömək edir:

“Bir çox müştərilərimiz, faktorinqdən istifadə etdikləri müddətdə satışlarının artığını və bizneslərinin genişləndiyini qeyd edir.  Elə müştərimiz var ki, bir il əvvəl onunla 50 min manatlıq limit ilə başlamışdıq, bu gün isə limiti 500 min manatdır. Faktiki olaraq faktorinq onlara dövriyyələrini 10 dəfə artırmağa kömək edib. Biz həmin müştərilər ilə bir neçə aydan sonra ən azı 2 milyon manat limit ilə işləyəcəyimizi gözləyirik”.

6 AYDA 50 MİLYON MANATLIQ  PORTFEL

Aynura Piriyeva dedi ki, çox böyük maraq olduğundan PAŞA Bankın faktorinq portfeli bu ilin 6 ayında 50 milyon manatı keçib:

“PAŞA Bank faktorinq məhsulunu 2015-ci ilin əvvəlindən təqdim edir. Cari ilin 6 ayı ərzində isə portfel 50 milyon manatı keçib. Son zamanlar iqtisadiyyatda müəyyən durğunluq olduğundan faktorinqə tələb daha da artıb və bu xidmət üçün müraciət edənlər daha çox kiçik və orta sahibkarlardır. Şirkətlər bazardan pullarını nəzərdə tutduqları vaxtda toplaya bilmirlər. Əvvəllər alıcılar aldıqları məhsulları rahat şəkildə sata bildiklərindən borclarını rahat şəkildə də ödəyə bilirdilər. Bu gün isə satışlar zəif olduğundan müqavilə üzrə ödəmə müddətləri də uzanıb. Buna görə, faktorinqin əhəmiyyəti artır. İlin sonunda PAŞA Bankın faktorinq portfelinin 100 milyon manata çatacağını gözləyirik”.

İXRACATÇILARA DƏSTƏK

PAŞA Bank, daxili faktorinq ilə bərabər, eyni qaydada ixracatçılar üçün beynəlxalq faktorinq xidmətləri də təklif edir:

“Biz sahibkarların ixracını da maliyyələşdirə bilərik. Bir təchizatçı xarici bazarlara çıxan zaman qarşısında iki əsas narahatçılıq durur. Birinci, xaricə mal satan sahibkar 60 və ya 90 gün sonra pulunu ala biləcəkmi? İkincisi yeni alıcılara güvənə bilirmi? Biz faktorinq xidmətini təklif edərək hər iki problemi həll edirik. Biz  alıcının ödəməmə riskinə təminat verə bilirik, çünki xaricdəki alıcının bankı da faktorinq əməliyyatına cəlb edilir. Həmin bank alıcını yaxşı tanıdığından PAŞA Banka  ödəniş üçün təminat verir. Qısası, ixracatçı sahibkar nə 60-90 gün gözləyir, nə də pulunun ödənilməcəyinə görənarahat olur: malları göndərəndən sonra sənədləri Banka təqdim edir və pulunualır. İnanırıq ki, beynəlxalq faktorinq xidmətimiz yerii istehsala dəstək olaraq qeyri-neft sektorunun inkişafı üçün geniş üfüqlərin açılmasına tövhə verəcək”.

Müsahibəni apardı: Seymur Yunusov, Marja.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.