Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət və Sənaye Palatası Beynəlxalq Biznes Şəbəkəni istifadəyə verib

Beynəlxalq biznesin Dubayda öz əməliyyatlarının bazasını yaratmaq kimi qlobal maraqlarını dəstəkləmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Ticarət və Sənaye Palatası (TSP) beynəlxalq şirkətlər üçün üzvlüyün yeni bir formasını istifadəyə verib.

Beynəlxalq Biznes Şəbəkə (“International Business Network” və ya “IBN”) Dubayın işgüzar mühiti, qanunvericilik şəraiti, əmirlikdə biznes açmaq və onu davam etdirmək üçün tələblərlə bağlı məlumatların əldə edilməsi üçün ideal platformadır.

Dubay Ticarət və Sənaye Palatasının prezidenti və baş direktoru Hamad Buamim qeyd edib ki, IBN elektron şəbəkəsi – Dubayda işgüzar mühitin rəqabətliliyinin yüksəldilməsi və xarici ticarətin genişləndirilməsi üzrə TSP strategiyasının bir hissəsidir. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Al Maktumun gözləntilətinə uyğun olaraq, IBN, Dubay Əmirliyini biznes və maliyyə üçün əsas meydan kimi təşviq etməlidir.

IBN elektron şəbəkəsi Dubay Əmirliyində biznes açmaq istəyən şirkətlər üçün Oksford biznes qrupunun hesabatları, ölkədə və regionda işgüzar fəallığın proqnozlarına dair rüblük göstəricilər, kredit reytinqi və sair daxil olmaqla çoxsaylı xidmətlər təqdim edir. IBN və üzvlüyə daxil olan seçim imkanları ilə maraqlanan qlobal şirkətlər və onların nümayəndəlikləri daha ətraflı məlumatı Dubay Ticarət və Sənaye Palatasının aşağıdakı saytından əldə edə bilərlər - http://www.dubaichamber.com/en/ibn.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.