Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatası islam maliyyəsi üzrə əməkdaşlığa dəstək verir

Dubay Ticarət Palatası “Azərbaycanda İslam Maliyyəsi” mövzüsunda Mərkəzi Bank, ölkənin aparıcı maliyyə təsisatları və konsaltinq şirkətlərinin nümayəndələri üçün Dəyirmi masa keçirdi.

“Kempinski Badamdar” otelində yanvarın 14-də təşkil edilən Dəyirmi masa iştirakçılarına Dubay Ticarət Palatasının fəaliyyəti və onun beynəlxalq layihələri barədə ətraflı məlumat təqdim olundu. Palatanın Azərbaycan nümayəndəliyinin rəhbəri Sənan Nəsibli tədbirdə çıxış edərək, “ProDubai” strategiyasının əhəmiyyətini xüsusilə vurğuladı. Onun sözlərinə görə, bu layihə çərçivəsində hazırda Dubayda maliyyə xidmətləri sektorunun dəstəyi üçün müxtəlif platformalar yaradılıb. O, həmçinin Beynəlxalq Ticarət Palatasının Yaxın Şərq və Şimali Afrika ölkələri (YŞŞA) üzrə Regional Bank Komissiyası ilə əməkdaşlıqdan söz açdı. Dubay Ticarət Palatasının tədbirlər üzrə meneceri Mansur Bəvazi isə, BƏƏ hökümətinin yaxın gələcəkdə Dubayı islam iqtisadiyyatının mərkəzinə çevirmək niyyətində olduğunu vurğuladı. O, həm də Azərbaycan maliyyə qurumlarının nümayəndələrini BƏƏ-nin islam maliyyə təsisatları ilə əməkdaşlığa dəvət etdi.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçlığı Departamentinin rəhbəri Bəhnam Qurbanzadə görüş zamanı təmsil etdiyi Bankın Dubayın islam bankçılıqla məşqul olan maliyyə qurumları ilə əməkdaşlığından söz açdı. Onun fikrincə, YŞŞA ölkələri islam maliyyə qurumları ilə olan mövcud və potensial əməkdaşlıq layihələri islam bankçılığı prosedur qaydalarının və xüsusi qanunvericilik aktlarının hazlırlanması, həmçinin istehlakçılar arasında müvafiq təbliğat və tədris işlərinin aparılması üçün xüsusilə vacibdir. B.Qurbanzadənin sözlərinə görə, islam bankçılığı sahəsində Dubay təcrübəsi Azərbaycanda iqtisadi artım və maliyyə xidmətləri sektorunun gələcək inkişafı üçün çox faydalıdır.

Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Bank Tədris Mərkəzinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri də islam bankçılığında xüsusi nüfuzu olan Dubayın innovasiya təcrübəsini öyrənməyə hazır olduqlarını bildirdilər. Bundan başqa, dəyirmi masa iştirakçıları islam bankçılığı prinsiplərini istehlakçılara çatdırmaq üçün ölkədə tədris platformasının yaradılmasını, həmçinin bu məqsədlə internet-resurslardan və sosial mediadan istifadə etməyi təklif etdilər.

Ölkə əhalisinin əksər bir hissəsinin müsəlman olduğunu nəzərə alaraq, islam bankçılığı Azərbaycanda yüksək inkişaf potensialına malikdir. Onun inkişafına xidmət edən amillər sırasında özəl sektorun inkişafı, beynəlxalq islam maliyyə qurumları ilə uğurlu və işgüzar münasibətləri qeyd etmək olar. Bundan başqa, MDB ölkələri ilə yüksək çoxillik əməkdaşlıq nüfuzu sayəsində Azərbaycan keçmiş sovet məkanında islam maliyyə mərkəzinə çevrilmək üçün real imkanlara malikdir. Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, bəzi ölkələrdə islam bankçılığı ilə məşğul olan maliyyə institutlarında müştəri bazasının yarıdan çoxunu müsəlman olmayan istehlakçılar təşkil edir.

Tədbirin sonunda Dubay Ticarət Palatasının nümayəndələri Palatanın YŞŞA və MDB ölkələrinin islam maliyyə qurumları arasında əməkdaşlığın daha da genişlənməsi üçün müxtəlif platformaların yaradılmasına dəstəyini davam edəcəyini bir daha vurğuladılar. Belə qlobal platformalardan biri bu ilin noyabr ayında Dubayda keçiriləcək 10-cu Dünya İslam İqtisadiyyatı Forumu olacaqdır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.