Şirkətlər > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət və Sənaye Palatasi Avrasiya və Afrikanin kənd təsərrüfati və ərzaq şirkətlərini Gulfood 2018 çərçivəsində qəbul edir

- Palata tərəfindən təşkil edilən seminarların məqsədi xarici şirkətləri Əmirliyə ixrac olunan halal ət və çay məhsullarına qoyulan tələblər ilə tanış etmək idi.

- DMCC Çay mərkəzi və Dubay sallaqxanasında keçirilən tədbirlərdə BƏƏ, Azərbaycan, Gürcüstan, Rusiya, Belarus, Ukrayna və Keniyadan nümayəndələr iştirak etdilər.

Dubay, BƏƏ: Dubay Ticarət və Sənaye Palatası bu yaxınlarda özünün Azərbaycan və Keniya Nümayəndəlikləri ilə birlikdə iki seminar keçirdi. Seminarların məqsədi iştirakçıları BƏƏ-yə ixrac edilən halal ət və çay məhsullarına qoyulan tələblər ilə tanış etmək idi.

Gulfood 2018 ərzaq sərgisi çərçivəsində təşkil edilən seminarlar iki gün ərzində keçirildi və seminarda kənd təsərrüfatı, ərzaq şirkətləri və milli ixracatın təşviqi agentlikləri daxil olmaqla BƏƏ, Azərbaycan, Gürcüstan, Rusiya, Belarus, Ukrayna və Keniya nümayəndələri iştirak etdilər.

DMCC-nin (Dubai Multi Commodities Centre) çay mərkəzində təşkil edilmiş ilk seminarın mövzusu çay idxalına tətbiq edilən hazırki standartlar üzərində cəmləşmişdi. Sessiyalar həmçinin Dubayın Orta Şərq və Afrikanın aparıcı ticarət mərkəzi kimi çay istehsalçıları və idxalçılarına təklif etdiyi güzəştlər və təşəbbüsləri əhatə etdi.

Öz açılış nitqində Palatanın Beynəlxalq Ofislər üzrə Direktoru cənab Ömər Xan kənd təsərrüfatı məhsullarının ixracatçıları və istehsalçılarını BƏƏ-də satışa çıxarılan ərzaq və içkilərə tətbiq edilən yeni qaydalar və tələblər barədə məlumatlandırmanın əhəmiyyətini qeyd etdi.

O, BƏƏ-nin dünyanın ən böyük çay təkrar ixracatçısı olduğunu və çay satışının ölkədə son illər ərzində dayanmadan artdığını vurğuladı və bu kateqoriyada satışların 2021-ci ilədək 1 milyard BƏƏ dirhəmini keçəcəyini əlavə etdi. 
Dubay Dünya Ticarət Mərkəzində keçirilən ikinci seminar halal ət istehsalçıları və idxalçılarını Dubayın sürətlə inkişaf edən halal sənaye sahələri haqqında faydalı məlumat ilə təmin etdi. Tədbirin keçirilməsində rol oynayan şirkətlər arasında Azərbaycan İxracat və İnvestisiyaların Təşviqi Fondu, Belarus Ticarət Palatası və BelİnterEkspo, “Enterprise Georgia”, Kiev Ticarət Palatası və Ukrayna İxracatın Təşviqi İdarəsi və Stavropol Regional Ticarət Palatası qeyd edilməlidir.

Nümayəndələri salamlayan Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofislər üzrə Direktoru cənab Ömər Xan Avrasiyanın Dubay Palatası üçün strateji bazar olduğunu və Palatanın Azərbaycandakı Nümayəndəliyinin regiondakı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və Dubaya və bütövlükdə körfəz ölkələrinə ərzaq ixracatında güclü maraqları olan tərəfdaşlarla işləyir.

O, qeyd etdi ki, dünyada halal ət məhsullarının ən çox ixrac olunduğu yer BƏƏ və buradan da Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya və İndoneziya kimi böyük bazarlara təkrar ixrac olunur. Cənab Xan əlavə etdi ki, BƏƏ-də halal ət satışlarının 2018-ci ildə 8.3 milyard dirhəmə, 2021-ci ildə isə daha da artaraq 10.2 milyard dirhəmə çatacağını bildirdi.

Seminarlar nümayəndələrin gələcək tərəfdaş və əməkdaşlıqları müzakirə etdikləri təkbətək görüşlər ilə davam etdirildi.

Qeyd edilən tədbirlər Palatanın son illər ərzində Palata üzvləri üçün ticarət və investisiya imkanlarının müəyyən edilməsi cəhdinin bir hissəsi kimi Avrasiya və Afrikaya ticarət missiyalarının davamı idi.

Özünün beynəlxalq ofisləri vasitəsilə Dubay Ticarət və Sənaye Palatası bir çox yüksək potensiala malik yeni əmələ gələn bazarları Dubay ilə əlaqələndirir. Bu ofislər bir çox idxal və ixrac imkanları üzrə bizneslərin bir-biriləri ilə əməkdaşlıq qurmaları üçün ideal platformadır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.