Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Palatası Moskvada işgüzar dairələr üçün tədbir keçirmişdir

Özünün Dubay və Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivli sahələrinin tədqiqi səyləri  çərçivəsində Dubay Ticarət və Sənaye Palatası Rusiyada BƏƏ Səfirliyi və Palata nəzdində fəaliyyət göstərən Rusiya Biznes Konsulluğu ilə birgə bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada işgüzar dairələrin iştirakı ilə tədbir keçirmişdir.

Rusiyanın özəl sektorunun nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə Dubay Palatası müzakirələr zamanı Dubay və Rusiya biznes icmaları arasında birgə əməkdaşlıq imkanlarının müxtəlif sahələrini incələyərək sıx iqtisadi əlaqələr vasitəsilə hər iki tərəfin gəlirli sahələrinə göz atmışdır.

Özəl sektorlar arasında ikitərəfli güclü münasibətlərin qurulmasında görüşün əhəmiyyətini vurğulayan Dubay Ticarət və Sənaye Palatasında Beynəlxalq ofislər üzrə direkoru cənab Ömər Xan bu gün Rusiyanın kənd təsərrüfatı, qida, enerji, innovasiya və texnologiya kimi sahələrdə BƏƏ şirkətləri üçün gözəl investisiya imkanları təklif etdiyini bildirdi.

Cənab Xan həmçinin qeyd etdi ki, turizm hər iki tərəf üçün əməkdaşlıq baxımından çox məhsuldar sahədir. Dubay Rusiya biznesləri üçün ideal məkan olmaqla yanaşı, həm də Afrika qitəsinə çıxış və ümumilikdə region bazarına qapı rolunu oynayır.

Cənb Xan, həmçinin, Rusiyanın BƏƏ-dən olan turistləri cəlb etmək iqtidarında olduğunu qeyd etdi. Buna Rusiyanın münasib iqlimi, genişmiqyaslı mədəni tədbirləri ilə yanaşı, eləcə də Dubaydan birbaşa Rusiyanın bir sıra şəhərləri ilə hava yolları bağlantısı imkan verir.

Beynəlxalq ofislər üzrə direktor bildirdi ki, Dubay Palatası özünün Dubayı gəlirli biznes məkanı kimi təşviq etmək səyləri çərçivəsində hədəf bazarlarda müxtəlif tədbirlər keçirməkdə maraqlıdır. Eyni zamanda da Palata bu yolla BƏƏ-dən olan işadamlarının perspektivləri bazarları kəşf etməsini dəstəkləyir.

Cənab Xan tədbirin ərsəyə gəlməsində BƏƏ-nin Rusiyadakı Səfirliyinin əvəzsiz rolunu vurğulyaraq  bildirdi ki, bu cür uğurlu görüşlər eyni zamanda Səfirliyin bu ölkələrdən olan biznes icmaları arasında ikitərəfli əməkdaşlıq imkanlarının gücləndirilməsi səyinə xidmət edir.

Dubay Ticarət və Sənaye Palatasının Bakıdakı nümayəndəliyi öz fəaliyyəti ilə BƏƏ sərmayeləri üçün MDB bazarlarına körpü rolunu oynamaqla, eləcə də Dubay bazarına daxil olmaq istəyən MDB şirkətləri üçün qapılar açır. Beləcə, nümayəndəlik Əmirliyin rəqabətədavamlı biznes mühitinin üstünlükləri və Dubayın Yaxın Şərq və Şimali Afrika regionunda genişlənmək baxımından önəmini vurğulayır.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.