Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay biznes mühitinin təşviqində Dubay Ticarət Palatası beynəlxalq nümayəndəliklərinin mühüm rolu

Dubay, BƏƏ: Dubay Ticarət və Sənaye Palatası Beynəlxalq ofis nümayəndələri ilə ənənəvi toplantı zamanı Dubay biznes mühitinin təşviqi çərçivəsində ikitərəfli bizneslərin inkişafı istiqamətləri və qarşıda duran məqsədlərin müəyyən olunması, ofislərin fəaliyyətinin dəyərləndirilməsi və daha da təkmilləşdirilməsi yolları müzakirə edildi.

Bir həftə davam edən illik toplantı zamanı Dubay Ticarət və Sənaye Palatasının beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xanın da iştirakı ilə Azərbaycanın paytaxtı Bakı, Efiopiyanın paytaxtı Əddis-Əbəbə, İraqın Ərbil və Qananın paytaxtı Akkrada olmaqla Dubay Ticarət Palatasının dörd beynəlxalq ofis nümayəndələri üçün təlim və seminarlar təşkil olunmuşdur.

Sözügedən toplantı zamanı beynəlxalq nümayəndəliklərin fəaliyyətinə nəzər yetirməklə onların qarşılaşdıqları çətinliklər, Dubay və onun gəlirli biznes mühitinin təşviqi yolları, həmçinin, xarici şirkətlərin Əmirliyə investisiya yatırımına cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Baş ofis, eləcə də, perspektivli bazarlarda və ətraf regionlarda Dubay bizneslərinin rəqabətliliyini təşviqi sahəsində müzakirələrə evsahibliyi etmişdir.

Dubay Ticarət Palatasının Prezidenti və İcraçı direktoru cənab Hamad Buamim, beynəlxalq ofislərin nümayəndələri ilə görüşü zamanı inkişaf etməkdə olan bazarlarda genişlənməyi planlayan Dubay şirkətləri üçün yeni investisiya imkanlarının tədqiqi istiqamətində Palatanın səylərinə dəstək olaraq, yeni əlaqələrin qurulması və Dubay biznesləri ilə onların MDB, Afrika və ətraf regiondan həmkarları ilə sinerji sahələrinin tədqiqində mühüm rolunu alqışladı.

Cənab Buamin bu toplantının əhəmiyyətinə toxunaraq, beynəlxalq nümayəndəliklərin fəaliyyətinə nəzər yetirmək, Dubayda fəaliyyət göstərən şirkətlərə xidmət etməklə, eləcə də Əmirlik bazarına daxil olmaq istəyən xarici investorlara dəstək istiqamətində onların rolunun təkmilləşdirilməsi yolları və 2016-ci il üçün strategiya və planların müzakirələri üçün ideal platforma olduğunu qeyd etdi.

Cənab Buamim əlavə etdi ki, beynəlxalq nümayəndəliklər Palatanın beynəlxalq biznes arenada Dubay və onun rəqabətli biznes mühitinin təşviqi və qlobal investorlar cəlb etməklə Əmirliyin iqtisadi artımını stimullaşdırılma strategiyasının bir hissəsidir.

Dubay Palatasının Prezidenti və İcraçı direktoru bildirdi ki, rəhbərlik etdiyi aparıcı biznes qurumunun üzümüzə gələn ilin ilk rübündə Azərbaycan, Efiopiya, İraqın Kürdüstan əyaləti və Qanada fəaliyyət göstərən dörd beynəlxalq nümayəndəliyinə Mozambik və Kenya ofisləri də əlavə olunacaq. Cənab Buamim həmçinin, qeyd etdi ki, yaxın gələcəkdə Braziliya və Çində olmaqla daha iki nümayəndəliyin təsis olunması gözlənilir.

İllik toplantı çərçivəsində Dubay Ticarət Palatası Azərbaycandakı nümayəndəliyin fəaliyyətini dəyərləndirərək, Azərbaycan biznesləri arasında Dubayın təşviqi sahəsindəki nailiyyətlər, eləcə də MDB bazarına daxil olmaq istəyən BƏƏ şirkətlərinə göstərilən xidmətlər nəzərə alınaraq 2015-ci ilin nəticələrinə əsasən Bakıdakı nümayəndəliyi İlin Ofisi fərqləndirmə mükafatı ilə təltif etdi.

2012-ci ildə Dubay Ticarət Palatası inkişaf etməkdə olan bazarlarda yerli bizneslərin fəaliyyətinin səmərəli, sürətli və təhlükəsiz şəkildə təşkili istiqamətində, həmçinin, hədəf bazarlarda BƏƏ investisiyaları üçün körpü rolunu oynayacaq beynəlxalq ofislərin təsis edilməsi strategiyasına start verdi. Belə ki, sözügedən strategiya çərçivəsində xarici investorlar arasında Əmirliyin gəlirli investisiya mühitini təşviq etməklə, Dubayda bərqərar olmaq və regional bazarlarda genişlənmək istəyənlərə sonsuz imkanlar açılır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.