Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatası Astana İqtisadi Forumu 2016-da uğurla təmsil olunmuşdur

Qazaxıstanda keçirilən sayca 9-cu forum çərçivəsində təşkil edilən sərgidə Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri Dubaya investisiya etmək marağında olan qlobal şirkətləri məlumatlandırmışdır.

Qabaqçıl gəlirli iş məkanı kimi Dubayı təşviq etmək strategiyasına əsasən, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyi bu yaxınlarda Astana şəhərində keçirilən nüfuzlu İqtisadi Forumda iştirak etmişdir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin himayəsi altında keçirilən Forum bu il 90 ökədən olmaqla 4500-dən çox iştirakçını qəbul etmişdir.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofislər üzrə Vitse-Prezidenti cənab Həsən Əl Həşemi də Astanaya qısamüddətli səfərı çərçivəsində Forumun gedişatı ilə tanış olmuşdur. "Yeni İqtisadi Reallıq: diversifikasiya, innovasiya və bilik iqtisadiyyatı" mövzusunda təşkil olunan Forumda Azərbaycan nümayəndəliyinin əməkdaşları Dubay Palatasının cəlbedici məlumat stendində beynəlxalq şirkət nümayəndələri, biznes liderləri və hökumət rəsmiləri ilə 30-a yaxın görüş keçirmişlər.

Qeyd edək ki, Astana İqtisadi Forumu (AEF) dünyanın ən iri beynəlxalq forumlardan biridir. 2008-ci ildən etibarən hər il keçirilən AEF mühüm iqtisadi və sosial problemlərin həlli ətrafında müzakirələr üçün dünya biznes liderləri, siyasət rəsmiləri, elm xadimləri və Nobel mükafatı laureatlarını bir araya gətirir. Builki Forum Qlobal İqtisadiyyat, İqtisadi Diversifikasiya, İnnovasiya və Texnologiyalar kimi bir sıra müvafiq mövzularda müzakirələr üçün ideal platforma təqdim etmişdir. 31 ölkədən 200 spikerin yer aldığı Forumun fəxri qonaqları arasında McKinsey Global İnstitutunun direktoru cənab Richard Dobbs, Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti cənab Suma Çakrabarti, Alibaba Group-un təsisçisi və icraçı direktoru cənab Jack Ma və digərlərini sadalamaq olar.

Dubay Ticarət və Sənaye Palatasının məlumat stendini ziyarət edən çoxsaylı Forum iştirakçıları Dubayda iş qurmaq üzrə təlimatla tanış olmuş, Palatanın fəaliyyəti haqqında məlumatlandırılmış, ikitərəfli biznes imkanları və əmirlikdə müəyyən sektorlarda investorlar barədə suallarına cavab tapmışlar.

Məlumat stendinə baş çəkənlər sırasında KazNex Invest, Avrasiya İqtisadi Komissiyası, BƏƏ-də Qazaxıstan Səfirliyi və Qazaxıstanda BƏƏ səfirliyi olmaqla bir sıra hökumət və özəl sektor nümayəndələri ilə yanaşı Dubayda qərarlaşmaq istəyən investorları da qeyd etmək olar.

Öz növbəsində Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan Palatanın sözügedən Forumda artıq ikinci dəfə iştirakına münasibət bildirərək qeyd etdi ki, bu cür tədbirlər Dubay biznes mühitinin rəqabətliliyini nümayiş etdirmək, Əmirliyin xüsusilə MDB üzvü ölkələrindən olan qlobal investorlara təşviq edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Forumda iştirak Palatanın MDB bazarında öz varlığını möhkəmlətmək baxımından da olduqca faydalı addım kimi qiymətləndirilməlidir.

Beynəlxalq Ofislər üzrə direktor Dubay Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin fəaliyyətinə də diqqət çəkdi. Sonda cənab Xan bildirdi ki, 2012-ci ilin noyabrında təsis edilən Azərbaycan nümayəndəliyi mütəmadi olaraq regional iqtisadi forumlar və sərgilərdə iştirakla yanaşı, həmçinin, müntəzəm olaraq Dubay biznesləri və onların MDB həmkarları arasında sinerji sahələrinin tədqiqi və yeni əlaqələrin qurulması istiqamətində dəyirmi masa müzakirələri və seminarlar təşkil edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.