Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay palatası Rusiyada keçirilən innoprom sərgisində əmirliyin işgüzar rəqabətə davamlılığını nümayiş etdirmişdir

Rusiya bazarında Dubayın rəqabətli biznes mühitinin təşviq edilməsi məqsədilə Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyi bu yaxınlarda İnnoprom 2016-da iştirak etmişdir. Yekaterinburqda keçirilən sözügedən beynəlxalq sənaye sərgisi 48 000-dən çox ziyarətçi və dünyanın 95 ölkəsindən olmaqla 600 iştirakçı şirkəti bir araya gətirmişdir.

Dubay Palatasının Azərbaycandakı beynəlxalq ofisinin nümayəndələri aralarında beynəlxalq şirkətlər, qərarvericilər, hökumət və Palata rəsmiləri olmaqla, həmçinin, İndustrial avtomatlaşdırılma, enerji sektoru üçün texnologiyalar, logistika, istehsalın maliyyələşdirilməsi və maşınqayırma sahələrini əhatə edən sərgi nümayəndələri ilə 30-dan çox işgüzar görüş keçirmiş, müzakirələr aparmışlar.

Palatanın stendini ziyarət edən yüzlərlə ziyarətçinin əsas sorğuları Dubayda iş qurmaq, Dubay vasitəsilə ixrac, Dubay Palatasının xidmətləri, Dubaydan investisiyaların cəlb olunması və ikitərəfli biznes imkanları, eləcə də Əmirlikdə müxtəlif iqtisadi sektorlardan olan ticarət tərəfdaşları və potensial investorlarla əlaqələrin qurulması kimi mövzuları əhatə etmişdir.

Dubay Palatasının Beynəlxalq Ofislər üzrə direktoru, cənab Omar Xan, Sərgidə iştiraka münasibət bildirərək, sözügedən Sərginin Əmirliyin gəlirli və cəlbedici biznes mühitinə xarici investorların və sahibkarların cəlb edilməsi baxımından ideal platforma olduğunu qeyd etmişdir. Həmçinin, cənab Xan Sərgidə iştirak edən digər qlobal biznes tərəfdaşları üçün Dubayın rəqabətlı biznes mühitini nümayiş etdirməklə yeni biznes imkanlarına qapılar açıldığını vurğuladı.

O, daha sonra Sərgi çərçivəsində beynəlxalq şirkətlərin nümayəndələri ilə keçirilən görüşləri yüksək qiymətləndirərək, Palatının dünyanın inkişaf etməkdə olan bazarlarda fəaliyyətini genişləndirmək istəyən Dubay şirkətləri üçün yeni investisiya imkanlarının tədqiqi məqsədinə xidmət etdiyini bildirib.

Beynəlxalq Ofislər üzrə direktor həmçinin bildirdi ki, İnnoprom-da iştirak Palatanın MDB bazarında öz iştirakını gücləndirmək, regiondan olan bizneslərə Dubayda biznes qurmağın faydaları və Əmirliyin iş dünyası ilə müştərək investisiya müəssisələrın yaradılması və mövcud imkanları tədqiq etmək üçün gözəl fürsətdir.

Dubay Palatasının Beynəlxalq Ofislər üzrə direktoru qeyd etdi ki, 2012-ci ilin noyabrında Bakıda açılan beynəlxalq ofis müntəzəm olaraq regional iqtisadi forumlarda və sərgilərdə iştirak etməklə yanaşı, dəyirmi masa müzakirələri və seminarlar təşkil etməklə yeni əlaqələrin qurulması və Dubay biznes icması ilə MDB həmkarları arasında sinerji sahələrinin tədqiqi istiqamətində fəaliyyətdədir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.