Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Palatası Azərbaycan və Gürcü ərzaq məhsulları şirkətlərini Dubayı əsas ixrac mərkəzi kimi dəyərləndirməyə səsləyir

Dubay Ticarət və Sənaye Palatası Bakı və Tbilisidə olmaqla 70-dən çox dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə ərzaq məhsullarının ixracı üzrə seminar təşkil etmişdir.

8 iyun 2016-cı il

Bakı, Azərbaycan: Gəlirli iş məkanı kimi Dubayı təşviq etmək və əmirliyin biznes imkanları ilə xarici investorları yaxından tanış etmək səyləri çərçivəsində, Dubay Ticarət və Sənaye Palatası bu yaxınlarda Azərbaycan və Gürcüstanda Dubaya ərzaq məhsullarının ixracı üzrə tələblər və şərtləri əhatə edən Ticarət Missiyası təşkil etmişdir.

Ticarət Missiyası çərçivəsində Dubay Palatası Azərbaycanın paytaxtı Bakı və Gürcüstan paytaxtı Tbilisi olmaqla hər iki ölkədən 70-dən çox dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə BƏƏ-yə Ərzaq Məhsullarının İxracı mövzusunda seminar təşkil etmişdir.

Seminarda Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan, Gürcüstan Respublikası İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazir müavini xanım Ketevan Boçorişvili, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyində Diplomatik Missiyanın rəhbəri cənab Abdalla Əl Şəmsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Vitse-Prezidenti cənab Yusif Abdullayev və Dubay Bələdiyyəsində Ərzaq məhsulları üzrə Araşdırmalar və Risklərin dəyərləndirilməsi şöbəsinin rəhbəri xanım Amal Salem Said Əl Bedvavi çıxış etmişlər.

Ömər Xan bildirdi ki, seminarın məqsədi Dubayda iş qurmağın mühüm aspektləri haqqında ümumi məlumat verməklə yanaşı, Azərbaycan və Gürcüstandan olan işgüzar icma və kənd təsərrüfatı məhsulları ixracatçılarını Dubay və BƏƏ-də qida qablaşdırma və sertifikatlaşdırma qaydaları ilə tanış etmək olmuşdur.

Cənab Xan daha sonra Dubay Ticarət və Sənaye Palatasının öz növbəsində ərzaq təhlükəsizliyi məsələsinə əhəmiyyət verdiyini, Əmirlik və ümumilikdə regionun qida tələblərinə cavab vermək baxımından bol və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tanınan MDB bazarının böyük potensialına bələd olduqlarını bildirdi.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru bildirdi ki, Palata Afrika və Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ərzaq məhsulları istehsalçıları arasında əməkdaşlıqlar qurmaq niyyətindədir. Cənab Xan həmçinin qeyd etdi ki, Dubay ərzaq məhsullarının beynəlxalq emal mərkəzinə çevrilməkdədir və Beynəlxalq ofis bu trendin təşviqini dəstəkləyəcəkdir.

Cənab Xan əlavə etdi ki, MDB bazarı Dubay Ticarət və Sənaye Palatası üzvləri üçün perspektivli bir məkan kimi çox önəmlidir. Bu özlüyündə, Palatanın həm üzvləri, həm də digər Dubay şirkətləri üçün yeni beynəlxalq bazarları - sözügedən Ticarət Missiyası çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Azərbaycan və Gürcüstan şirkətlərini - tədqiq etmək strategiyasına uyğundur.

Dubay Bələdiyyəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Gürcüstanda Sahibkarlığın İnkişafı Agentliyi (“Enterprise Georgia”) ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu Ticarət Missiyasının məqsədi Azərbaycan və Gürcüstan şirkətlərini Dubayda işgüzar imkanlarla tanış etmək və bu ölkələrdən daha çox şirkəti Əmirliyə cəlb etmək olmuşdur.

Aparıcı ərzaq məhsulları istehsalçıları və ticarət müəssisələrinin rəhbərlərindən ibarət BƏƏ nümayəndə heyəti Azərbaycan və Gürcüstandan olan potensial tərəfdaşların istehsal bacarıqları və logistika potensialı ilə tanış olmaq məqsədilə hər iki ölkənin paytaxtı ətrafında aqrobiznes müəssisələrini ziyarət etdilər.

Dubay Ticarət və Sənaye Palatasının Bakıdakı Beynəlxalq ofisi öz fəaliyyəti ilə BƏƏ sərmayeləri üçün MDB bazarlarına körpü rolunu oynamaqla, eləcə də Dubay bazarına daxil olmaq istəyən MDB şirkətləri üçün qapılar açır. Beləcə, nümayəndəlik Əmirliyin rəqabətədavamlı biznes mühitinin üstünlükləri və Dubayın Yaxın Şərq və Şimail Afrika regionunda genişlənmək baxımından önəmini vurğulayır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.