Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Palatası Dubayda keçirilən ilk MDB Qlobal Biznes Forumunun tərkib hissəsi kimi Körfəz-MDB əlaqələrinə dair hesabat hazırlamışdır

“Birgə Sərvət: Körfəz-MDB əlaqələrinin inkişaf etdirilməsi hesabatı əsas sektorlarda mühüm investisiya imkanlarını diqqətə çatdırır

Dubay, 19 fevral 2016-cı il: Dubay Palatası “Economist Intelligence Unitilə əməkdaşlıq çərçivəsində“Birgə Sərvət: Körfəz-MDB əlaqələrinin inkişaf etdirilməsiadlı hesabat (http://www.cisgbf.com/CIS_white_paper.pdf) hazırlamışdır. Sözügedən hesabatda Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət münasibətləri haqqında bəhs olunur və aviasiya və logistika, İslam maliyyəsi, enerji, turizm, pərakəndə satış və daşınmaz əmlak kimi mühüm sektorlarda ən münasib investisiya imkanları vurğulanır. Hesabat 17 və 18 fevral tarixlərində Dubayda (Atlantis, The Palm otelinde) keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Birinci Qlobal Biznes Forumu (MDB QBF 2016) zamanı hazırlanmışdır.

Məsələ ilə bağlı öz fikirlərini çatdıran Dubay Palatasının Baş İcraçı Direktoru, zati-aliləri Hamad Buamim hesabatda Dubayda biznes mühitinin inkişaf etdirilməsinə yardım etmək məqsədilə Dubay Palatasının özəl sektor üçün informasiya və məlumat mənbəyi kimi mühüm rolunun xüsusilə vurğulandığını diqqətə çatdırdı. Zati-aliləri Buamim qeyd edir ki, Dubay Palatası inkişaf etməkdə olan bazarlarda investisiya imkanlarının genişləndirilməsi məqsədilə BƏƏ və KƏŞ ölkələrində biznes icmasını dəstəkləyə bilən güclü məlumat bazasının yaradılması məqsədilə müntəzəm olaraq bu cür hesabatlar ərsəyə gətirir.  

“Birgə Sərvət: Körfəz-MDB əlaqələrinin inkişaf etdirilməsi” Hesabatı KƏŞ investorları üçün yol xəritəsi rolunu oynayacaq və onlar üçün düşünülmüş genişlənmə siyasəti hazırlamaq fürsəti yaradacaqdır. Hesabat MDB-də əsas iqtisadi və biznes mühiti barədə geniş bilgi təqdim edir və qurumun KƏŞ ölkələri ilə münasibətlərinə nəzər salır. Hesabatda əks olunan məlumatlar hər iki regiondan olan investorlar üçün çox mühüm əhəmiyyət kəsb edir və onlara bir sıra əhəmiyyətli sektorlar üzrə praktik fəaliyyət imkanları verir” deyə zati-aliləri Buamim söyləmişdir.

“Birgə Sərvət: Körfəz-MDB əlaqələrinin inkişaf etdirilməsi” Hesabatı xüsusilə hazırkı mövcud diplomatik, mədəni və kommersiya bağları şəraitində körfəz investorlarının MDB regionuna cəlb olunması üçün kifayət qədər geniş imkanların olduğunu vurğulayır. Flydubai and Air Arabia şirkətləri tərəfindən təqdim edilən və MDB-nin əvvəllər Körfəz üçün çıxış imkanı olmayan ölkələrini birləşdirən ucuz hava əlaqələrinin mövcudluğu isə məsələni bir qədər də aktuallaşdırır.     

MDB və Körfəz

“Birgə Sərvət: Körfəz-MDB əlaqələrinin inkişaf etdirilməsi” Hesabatında deyilir ki, MDB və Körfəz regionu ölkələri arasında investisiyaların qorunması və ikiqat-vergitutma razılaşmaları sahəsində sıx əməkdaşlıq mövcuddur. Sözügedən razılaşmaların əksər hissəsi gələcək ticarət əlaqələrinin təşviqi məqsədilə artıq bu yaxınlarda ratifikasiya edilmişdir. Hesabatda KƏŞ ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından ən pro-aktiv ölkə kimi Belarus müəyyən edilmişdir. Sonrakı yerlədə isə Rusiya və Özbəkistan gəlir. KƏŞ tərəfindən isə, BƏƏ və Küveyt bu baxımdan ilk sıralarda qərarlaşır” deyə qeyd olunur.

Hesabata əsasən KƏŞ ilə MDB arasında ticarət əlaqələri orta səviyyədə olmaqla 2014-cü ildə 8 milyard ABŞ dolları təşkil etmişdi. Bu ticarətin demək olar ki, bütün hissəsi az sayda ölkələrin payına düşür. Ticarət əsasən Səudiyyə Ərəbistanı və BƏƏ ilə Rusiya və Ukrayna arasında, eləcə də  BƏƏ ilə Türkmənistan arasında baş vermişdir. Qeyd edilən beş ikitərəfli ticarət dövriyyəsi istiqamətləri iki region arasında ümumi ticarətin 83%-ni təşkil etmişdir.

Ticarət əlaqələrinin həcminin kiçik olmasına baxmayaraq  bir sıra müsbət məqamlar mövcuddur. Onların sırasında 2010-2014-cü illəri əhatə edən beş il müddətində artım göstəricisinin 20% olmasını göstərmək olar. Lakin 2009-cu ildə qlobal maliyyə və iqtisadi böhran zamanı kəskin azalma müşahidə olunmuşdu. Hesabat KƏŞ-in Rusiya ilə ticarət əlaqələrinin artım tempinin xüsusilə yüksək olmasına və beş il ərzində bu göstəricinin orta hesabla 31%, on il ərzində isə 17%  təşkil etməsinə diqqət çəkmişdir. Son beş il ərzində yüksək orta artım templəri kimi Səudiyyə Ərəbistanının Ukraynaya ixracını (90% artım), BƏƏ-nin Rusiyaya ixracını (69%) və BƏƏ-nin Qazaxıstandan idxalını (45%) misal göstərmək olar. 

Biznes mühitinin inkişafı

Hesabatda MDB-də mövcud olan mürəkkəb biznes mühitinin regionunun iqtisadi artımına mane olduğu qeyd edilmişdir. Biznes mühitinin qiymətləndirilməsi ilə bağlı rəsmi göstəricilər, məsələn, Dünya Bankının “Biznes fəaliyyətinin asanlığı indeksi”, müsbət trayektoriya nümayiş etdirsə də, region investorlar üçün çox vacib olan bir sıra göstəricilər, o cümlədən elektrik enerjisi təminatı, tikinti icazələri və xarici ticarət sahələrində potensial imkanlarından aşağı qiymətlərə malikdir. 

Aviasiya və logistika

Hesabat BƏƏ-nin ucuz təyyarə uçuşlarının regionun əsas birləşdirici elementi kimi mühüm rol oynadığını qeyd edir.  Hesabata əsasən, Air Arabia şirkəti Ermənistan, Ukrayna, Qazaxıstan və Rusiya üzrə beş marşrut həyata keçirir. flydubai şirkəti isə MDB regionunda 19 təyinat məntəqəsinə xidmət etməklə lider rola malikdir.  Buraya Rusiyanın Kazan, Rostov-na-Donu və Yekaterinburq kimi 9 şəhəri, eləcə də digər MDB ölkələri üzrə 10 marşrut  daxildir. Tacikistan və Ukraynanın dördüncü ən böyük şəhəri olan Odessaya isə yeganə uçuşlar həyata keçirir.

Sözügedən şəbəkə sayəsində, o cümlədən flydubai və Emirates şirkətinin inkişaf edən uçuşları  əksər MDB ölkələrini dünyanın digər bölgələri, xüsusilə də  Afrika və Cənubi Asiya ilə birləşdirir. Qrafik üzrə marşrutlardan savayı MDB ilə KƏŞ ölkələrini birləşdirən çoxsaylı çarter reysləri də mövcuddur – hesabatda deyilir.

Körfəzin logistika şirkətləri yerüstü nəqliyyat daşımaları sahəsində fəal olmaqla ticarət dövriyyəsinə töhfə verir. Ən mühüm iştirakçı kimi Dubayın DP World şirkətinin Qazaxıstandakı fəaliyyətini qeyd etmək olar. Burada şirkət özünün dənizçilik sektoru üzrə əsas ixtisaslaşmış sahəsi olan dəniz limanlarının idarəçiliyindən kənarlaşaraq Çini Şimalı Avropa ilə birləşdirməklə qədim İpək Yolu üzrə yeni yükdaşıma marşrutlarını idarə edir. 

Hesabat getdikcə daha çox marağın cəlb olunduğu bir sahə kimi Rusiyanın Uzaq Şərq regionunu müəyyən etmişdir. Sözügedən region sənayenin inkişafı, o cümlədən tabii maye qazın (TMQ) ixracı terminalları ilə öyünə bilər. Eyni zamanda, MDB-nin ixracatçıları digər bazarlara xidmət göstərmək üçün KƏŞ-in logistika imkanlarına da maraq göstərirlər.

İslam maliyyəsi

Regionda KƏŞ-dəki əhalidən iki dəfədən artıq, yəni təqribən 82 milyon nəfər müsəlmanın yaşadığını nəzərə alsaq, MDB-də xüsusi maraq kəsb edən bir sahə İslam maliyyəsidir. Əksər Mərkəzi Asiya ölkələrinin əhalisinin çox hissəsini müsəlmanlar təşkil edir. Lakin qeyd etmək lazımdır ki, Rusiya əhalisinin 12%-ni müsəlmanlar (17 milyon) təşkil etməklə (Özbəkistan istisna olmaqla) digər MDB ölkələri birgə götürülməklə daha çox müsəlman əhaliyə malikdir.

Son illər ərzində İslam bankçılığına maraq kifayət qədər artmışdır. Bu müəyyən qədər Körfəz ölkələrindən kapital cəlb etmək niyyəti ilə izah oluna bilər. Körfəz bankları, eləcə də bəzi Malayziya bankları MDB regionunda İslam maliyyəsinin inkişafının dəstəklənməsində mühüm rol oynamışdır.

Lakin KƏŞ investorları xüsusilə regiondakı bir sıra suveren fondların və şirkətlərin kifayət qədər aşağı investisiya reytinqinə malik olduğu hazırkı şəraitdə  MDB ilə bağlı borclardan müəyyən qədər ehtiyatlanır. Qeyd edilən amil KƏŞ-in suveren sərvət fondlarının fəaliyyəti üçün minimum tələb hesab olunur.  Birbaşa investisiyadan savayı KƏŞ-in MDB ölkələri ilə əlaqədar çoxsaylı əməkdaşlıq nümunələri mövcuddur. Xüsusilə Qazaxıstan və Azərbaycanda maliyyə sektorlarının inkişafının dəstəklənməsinə yönələn fəaliyyətləri qeyd etmək olar – hesabatda bildirilir.

Enerji

Hesabata əsasən karbohidrogen sektoru MDB və KƏŞ regionun əksər iqtisadiyyatlarının əsasını təşkil edir və iki region arasında daha sıx əməkdaşlığın mövcud olduğu sektordur. Yerli enerji tələbatını ödəmək üçün bir sıra Körfəz ölkələrinin qaz çatışmazlığı ilə üzləşdiyi bir şəraitdə MDB regionundan, xüsusilə də Rusiyadan yeni qaz təchizatı mənbələri tədqiq olunur.

KƏŞ və MDB arasında enerji və sənaye sektorunun digər sahələri üzrə də yaxın illərə söykənən əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusilə, Səudiyyə Ərəbistanı və BƏƏ-də nüvə enerjisinin yaradılması təşəbbüsləri Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası (Rosatom) ilə texniki əməkdaşlıq razılaşmalarına vüsət vermişdir.  

Turizm, pərakəndə satış və daşınmaz əmlak

KƏŞ şirkətləri turizm və pərakəndə satış franşizaları kimi sahələrdə Körfəz bazarları üzrə malik olduqları təcrübədən faydalanaraq MDB regionunda istehlakçılara yönəlik sektorlarda fəallıq nümayiş etdirir. KƏŞ regionunun əksər pərakəndə satış şirkətləri indiyə qədər əsas genişlənmə istiqaməti kimi Yaxın Şərq və Afrika regionuna üstünlük verərək MDB regionunu diqqətdən kənarda qoymuşdur. Hazırkı iqtisadi şərtlər daxilində, xüsusilə Rusiya rublunun və digər ölkələrin valyutalarının devalvasiyaya uğradığı və habelə, yerli istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda idxal edilən brendlərin satışı ilə məşğul olan şirkətlər üçün çağırışların mövcud olduğu bir halda digərləri böyük ehtimal ilə bu bazara daxil olmaq istəməzdi.

Turizm sektoru ilə bağlı, Azərbaycanın paytaxtı Bakı şəhərində otel idarə edən Dubayın Jumeirah Group şirkəti Sankt-Peterburq şəhərində yeni otel inşa etdirir ki, bu da Rusiyada ilk belə fəaliyyət olacaqdır. Lüks otellərin Bakı və Astana kimi şəhərlərə nüfuz etməsinə baxmayaraq geniş MDB bazarı digər  otel brendləri üçün də imkanlar təklif edə bilər. Turizm sektoru çərçivəsində insanlar MDB ölkələrindən Körfəz ölkələrinə doğru səfərlər də edir.

Rusiya və digər MDB ölkələri üzrə uçuş əlaqələri şəbəkəsinə malik Dubay daşınmaz əmlak sahəsində MDB ölkələrinin tələbatının əsas aparıcı qüvvəsidir. Dubay Torpaq Departamentinin məlumatlarında bir qayda olaraq Rusiya vətəndaşları Dubayda mülkiyyət alan xarici ölkə vətəndaşları arasında ön sıralarda qərarlaşır. Lakin son dövrlər rublun zəifləməsi tələbata mənfi təsir göstərmişdir – hesabatda deyilir

Dubay Palatası BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun himayəsi altında  Müstəqil Dövlətlər Birliyinin Qlobal Biznes Forumunun ilk tədbirinə ev sahibliyi etmişdir. “Qədim yollar – Yeni imkanlar” mövzusunda təşkil edilən Forum qonşu ölkələr və onların hüdudları kənarında, o cümlədən yeni Avrasiya İqtisadi Birliyi müttəfiqləri ilə qədim ticarət əlaqələri sahəsində imkanları tədqiq edərək investorlar üçün görüşlərin keçirilməsi və müxtəlif sektorları təmsil edən şirkətlər arasında ikitərəfli biznes müqavilələrinin və investisiya razılaşmalarının imzalanması baxımından faydalı platforma təmin edən fəal sessiyaları əhatə etmişdir.

Qeyd

1965-ci ildə təsis edilmiş Dubay Ticarət və Sənaye Palatası Dubayın biznes icmasının təşviqi sahəsində özünün fəaliyyətinin 50 illik yubileyini qeyd edir. Qeyri-kommersiya ictimai təşkilat olan Dubay Palatası biznesləri dəstəkləmək, əlavə dəyər yaradan innovativ xidmətlər və nüfuzlu şəbəkələrə çıxış imkanı təmin etməklə Dubayın qlobal oyunçu kimi mövqeyinin gücləndirilməsi məqsədini daşıyır. Təşkilatın missiyası əlverişli biznes mühitinin yaradılması, bizneslərin inkişafının dəstəklənməsi və Dubayın beynəlxalq biznes mərkəzi kimi təşviq edilməsi vasitəsilə Dubayın biznes icmasının maraqlarını təmsil etmək, dəstəkləmək və müdafiə etməkdir.

Ətraflı məlumat üçün: www.dubaichamber.com

 

Bizi aşağıdakı kanallar vasitəsilə izləyə bilərsiniz:

www.facebook.com/dubaichamber

www.twitter.com/dubaichamber

http://www.linkedin.com/company/dubai-chamber-of-commerce-&-industry/

www.youtube.com/DubaiChamberTV

www.instagram.com/dubaichamber

www.flickr.com/dubaichamber

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.