Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Biznes aləminin liderləri Dubayda keçiriləcək ilk MDB Ölkələri üzrə Qlobal Biznes Forumunda

17-18 fevral tarixlərində Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən Müstəqil Dövlətlər Birliyi üzrə Qlobal Biznes Forumun (MDB QBF 2016) ilk sayı biznes dünyasının liderləri, eləcə də qlobal investorları MDB məkanında iqtisadi əməkdaşlığın dəyişən reallıqları mövzusu ətrafında bir araya gətirəcəkdir.

BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun himayəsi altında keçirilən Forum, investorlara görüşlər keçirmək və müxtəlif sektorlardan olan şirkətlər arasında ikitərəfli işgüzar əməkdaşlıq və investisiya müqavilələri imzalamaq üçün platforma təklif edir.

"Qədim Yollar – Yeni İmkanlar" başlığı altında keçirilən Forum qonşu və ətraf regionlarda qədim ticarət şəbəkələri imkanlarının yenidən tədqiqi, o cümlədən, yenicə yaranmış Avrasiya İqtisadi Birliyi, habelə, İslam maliyyəsi, enerji və davamlı gələcək, şimal-cənub nəqliyyat və logistika dəhlizinin inkişafı və iqtisadi diversifikasiya strategiyasının gəlirliliyi kimi əsas mövzular ətrafında aktiv sessiyalardan ibarət olacaqdır.

Dubay Ticarət və Sənaye Palatasının Prezidenti və icraçı direktoru Hamad Buamim qeyd edir: "Dubayda ilk dəfə olaraq keçirilən bu Forum BƏƏ və Körfəz şirkətləri üçün Mərkəzi Asiya ölkələrinin perspektivli bazarlarını tədqiq etmək baxımından gözəl bir fürsətdir. Bu da öz növbəsində iqtisadi tendensiyalar, investisiyalar cəlb etmək və gələcək üçün əməkdaşlıq planları ətrafında investorlar və rəsmilər arasında dərin dialoqlar təlqin edəcəkdir. Sessiyalar işgüzar sektoru birbaşa maraqlandıran real və davamlılığa qabil iqtisadi əməkdaşlıq yönündə dəyişiklikdə Dubayın aparıcı rolunu vurğulayacaqdır.”

Əsas məruzəçilər arasında “DP World” şirkətinin sədri Sultan Əhməd Bin Sulayem, “Masdar”ın icraçı direktoru Əhməd Bəlhul (BƏƏ); “Agro Investment” şirkətinin prezidenti Ruslan Əlixanov (Rusiya); Avropa Yenidənqurma və İnkişaf Bankında Əməliyyat ölkələri üzrə icraçı direktor və Bank işi üzrə baş əməliyyat müvəkkili Jan-Mark Peterşmitt (Böyük Britaniya); “Kazmunayqaz” sədrinin birinci müavini Kristofer Hopkinson, Al Hilal Bankın icraçı direktoru Prasad Abraham və “Visor Holding”un baş direktoru Aydan Karibjanov (Qazaxıstan); “Khazar Ventures”un təsisçisi Məmməd Kərimov (Azərbaycan); “Wissol Group”un prezidenti Samson Pxakadze (Gürcüstan); İslam İnkişaf Bankında İslam Korporasiyası və Özəl Sektorun İnkişafı üzrə icraçı director Xalid Məhəmməd Əl-Əbudi (Səudiyyə Ərəbistanı); Çin Beynəlxalq Ticarət Palatasının baş katibi Yu Jianlong və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov (Azərbaycan) var.

Ətraflı məlumat üçün:  http://www.cisgbf.com/
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.