Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ənənəvi ziyafət keçirildi

Dünya səviyyəli beynəlxalq biznes mərkəzi olaraq Dubayın statusunu gücləndirmək səylərinin bir hissəsi kimi, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı beynəlxalq nümayəndəliyi Dubay və Azərbaycandan olan 180-dən çox aparıcı iş adamının iştirakı ilə ənənəvi ziyafət təşkil etmişdir.

Əsas məqsəd Azərbaycan biznesləri üçün Əmirlikdə fəaliyyət göstərməklə yüksək potensiala malik Körfəz Ölkələri regionu və ondan kənarlardaolan imkanlardan faydalanmaq məqsədilə Dubayın gəlirli biznes mühiti şəraitində sərmayə yatırmanın üstünlüklərini vurğulamaq idi. Tədbir,həmçinin, işgüzar aləmdə ilin yekunlarına nəzər yetirmək, investisiya imkanları və iki ölkə arasında birgə əməkdaşlıqlar  ətrafında müzakirələr üçün Azərbaycan və BƏƏ biznes nümayəndələrini bir araya gətirən ideal platforma kimi xidmət etmişdir.

Rəsmi hissədə Cəbəl Əli Azad Zonasının  qlobal satış üzrə baş vitse-prezident cənab Adil Əl Zəruni, Dubay Ticarət və Sənaye Palatasının beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Sənan Nəsibli və BƏƏ səfirliyində inzibati məsələlər üzrə attaşe cənab Əbdülhəkim Əl Şəmsi təqdimat və nitqlərlə çıxış etdilər.

Özünün açılış nitqində Dubay və Bakı şəhərlərinin strateji əhəmiyyətindən bəhs edənÖmər Xan Əmirliyin regional və dünya bazarlarına dəhliz rolunu vurğulamaqla, Dubayın infrastruktur və logistika imkanları, eləcə dəmədəni müxtəliflik sayəsində aparıcı qlobal şəhərlərlə inkişaf etmiş ticari əlaqələrinə də toxundu.

O, Dubayda fəaliyyət göstərən və Dubay Palatasına üzv Azərbaycan şirkətləri sayının 2012-2014-cü illər ərzində 49% artım göstərməklə, müvafiq olaraq bu rəqəmin 176-dan 262-yə yüksəldiyini qeyd etdi. Bu da öz növbəsində aydın şəkildə Dubay və Azərbaycan işgüzar dairələri arasında mövcud iqtisadi əlaqələrin daha geniş çərçivədə inkişaf etdiyinin bariz nümunəsi olmaqla, ikitərəfli əlaqələrin gələcək potensialından xəbər verir.

Cənab Xan, daha sonra 2011-2014-cü illər ərzində Azərbaycanla Dubay arasında qeyri-neft ticarətinin  sabit artım göstərməklə 13%, yəni müvafiq olaraq  1,6 milyard BƏƏ dirhəmindən  1,8 milyard BƏƏ dirhəminə yüksəldiyini bildirdi. Belə ki, 2014-cü ilin nəticələrinə əsasən Azərbaycan Dubayın ticarət tərəfdaşları siyahısında 75-ci sırada qərarlaşır.

"Bizim Azərbaycandakı beynəlxalq nümayəndəliyimiz Azərbaycanın logistika, tikinti, turizm və kənd təsərrüfatı kimi sektorlarda BƏƏ investisiyaları üçün pəncərə rolunu oynamaqla, eyni zamanda Dubayın gəlirli bazarına daxil olmaq istəyən, eləcə də Əmirliyi bir baza kimi istifadə etməklə regional bazarlarda fəaliyyətini genişləndirmək niyyətində olan Azərbaycan şirkətlərinə dəstək olur,"- deyə cənab Xan əlavə etdi.

Öz növbəsində, Adil Əl Zəruni iki ölkə arasında iqtisadi və investisiya əlaqələrindən söz açaraq, təmsil etdiyi Cəbəl Əli Azad Zonasının (JAFZA) BƏƏ və Azərbaycan şirkətləri və investorları arasında əlaqələrin gücləndirilməsi istiqamətində çalışdığını, həmçinin, xarici investorlara BƏƏ-nin investisiya potensialını təşviq etdiyini vurğuladı.

Qeyd edək ki, ziyafət zamanı, eləcə də BƏƏ və Azərbaycan arasında biznesin təşviqinə verdikləri töhfələrə görə bir neçə şirkət mükafatlandırıldı: BƏƏ-dən Azərbaycana həcm baxımından ixracatda lider kateqoriyasında Dubay Palatasının üzvü “Aggreko UK Limited”, mənşə sertifikatları sayı kateqoriyasında öndə gedən  “Jaguar Land Rover” və Dubaya sərnişin trafiki üzrə birinci olan “Turan Travel” şirkəti.

Öz müraciətində BƏƏ-nin Azərbaycandakı səfiri Dr. Məhəmməd Əl Qubaisi, BƏƏ və Azərbaycan arasında mövcud güclü ikitərəfli münasibətləri alqışlayaraq, yaxın gələcəkdə ticarət və investisiya sahəsində əməkdaşlıqların daha da irəliləməsiistəyini bildirdi.

 

------

1965-ci ildə əsası qoyulan Dubay Ticarət və Sənaye Palatası Dubayın biznes icmasının gücləndirilməsi istiqamətində vizyonunun 50 illiyini qeyd edir. Bir qeyri-kommersiya ictimai qurumu kimi Dubay Palatası yenilikçi dəyərli xidmətləri, nüfuzlu şəbəkələrlə əlaqələndirici rolunda biznesləri gücləndirilməklə Dubayın qlobal oyunçu vizyonunu dəstəkləyir. Məqsədi Dubayda iş dünyasının maraqlarını təmsil etmək, dəstəkləmək və qorumaqla Dubayda əlverişli biznes mühitinin yaradılmasına və inkişafına töhfə vermək və beləcə, Dubayı beynəlxalq biznes mərkəzi kimi təşviq etməkdir. Əlavə məlumat üçün rəsmi veb səhifəmizi ziyarət edin: www.dubaichamber.com

Bizi izləyin:

www.facebook.com/dubaichamber

www.twitter.com/dubaichamber

http://www.linkedin.com/company/dubai-chamber-of-commerce-&-industry/

www.youtube.com/DubaiChamberTV

www.instagram.com/dubaichamber

www.flickr.com/dubaichamber


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.