Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Palatası Rusiyanın ən iri sənaye sərgisində Dubayın rəqabətli biznes mühitini təşviq etmişdir

Dubayın rəqabətli biznes mühitini təşviq etmək səyləri çərçivəsində Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyi bu yaxınlarda Yekaterinburqda keçirilən sayca 6-cı İNNOPROM sənaye sərgisində iştirak etmişdir. 95 ölkədən 600 iştirakçı şirkəti bir araya gətirməklə İNNOPROM 2015 ümumilikdə 52 000 qonaq qəbul etmişdir.

Rusiya Federasiyası Sənayevə Ticarət naziri cənab Denis Manturovun himayəsi altında keçirilən ənənəvi sənaye sərgisi Sənaye və Ticarət Nazirliyivə Sverdlovsk Regional Rəhbərliyi tərəfindən təşkil olunmuşdur. Sərgi zamanı Azərbaycan nümayəndəliyi əməkdaşları Dubay Palatasının cəlbedici məlumat stendində Rusiyanın 50-dən çox regionunu təmsil edən beynəlxalq şirkət nümayəndələri, səlahiyyətli şəxslər və hökumət rəsmiləri, həmçinin digər Palata nümayəndələrini qəbul etməklə30 görüş keçirmişlər.

2010-cu ildən etibarən hər il Yekaterinburqda təşkil olunan Rusiyanın əsas sənaye sərgisi - İNNOPROM, Rusiyanın qabaqcıl sənaye texnologiyalarını təqdim etmək, ən yaxşı təcrübələri paylaşmaq, sənaye müəssisələri və texnologiya tərtibatçları arasında işgüzar əlaqələri inkişaf etdirmək məqsədilə keçirilir.

Maşınqayırma, sənayedə avtomatlaşdırma, enerji səmərəliliyi, optika və lazer texnologiyaları, mitropolit üsullar (paytax ttexnikaları) üzrə ixtisaslaşdırılmış beş adda sərgi salonları ilə yanaşı, həmçinin, müxtəlif mövzularda panel müzakirələri, təlim, seminar, dəyirmi masalara ev sahibliyi edən İNNOPROM 2015 MDB-nin biznes imkanlarını müzakirə etmək məqsədilə iştirakçıları müvafiq platform ilə təmin etmişdir.

Yüzlərlərlə nümayəndənin ziyarət etdiyi məlumat stendi maraqlananların Dubayda iş qurmaq, Dubay vasitəsilə ixrac etmək, Dubay Palatasının xidmətləri, Dubaydan investisiyalar və ikitərəfli iş imkanları barədə sorğularını cavablandırdı.

Məlumat stendini ziyarət edənlər arasında Həştərxan Vilayətinin Sənaye, Nəqliyyat və Təbii Sərvətlər Nazirliyi, Ural Ticarət və Sənaye Palatası, Orenburq Regional Ticarət və Sənaye Palatası, Çelyabinsk Regional Sahibkarlar Təşkilatının İşə götürənlər Birliyi Dərnəyi kimi hökumət və özəl sector nümayəndələri, habelə, Dubayda bərqərar olmaq istəyən qlobal investorları sadalamaq olar.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan Palatanın sözügedən Sərgidə uğurlu iştirakına münasibət bildirərək qeyd etdi ki, bu tədbir Dubay biznes mühitinin rəqabətliliyini nümayiş etdirmək, habelə, Əmirliyin gəlirli investisiya mühiti kimi, xüsusilədə MDB üzvü ölkələrindən olan qlobal investorlara təşviq edilməsi, yeni bizneslər üçün qapıların açılması baxımından ideal platformailə təmin etmişdir.

Cənab Xan, həmçinin, bildirdiki, DubayTicarət Palatası nümayəndəliyinin Sərgidə iştirakı Palatanın MDB bazarında öz varlığını möhkəmlətmək baxımından uğurlu addım kimi qiymətləndirilməlidir. Beləki, İNNOPROM regional bizneslərə Dubayda biznes qurmağın faydalarına nəzər yetirmək, mövcud fürsətləri incələmək və beləcə, əmirliyin biznes icması ilə birgə yeni biznes imkanlarını kəşf etməyə imkan verdi.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru əlavə etdiki, Sərgi çərçivəsində beynəlxalq şirkət nümayəndələri ilə keçirilən görüşlər Palatanın dünyanın inkişaf etməkdə olan bazarlarında genişlənmək istəyən Dubay şirkətləri üçün yeni investisiya imkanları tədqiq etmək səylərini dəstəkləyir.

Cənab Xan Dubay Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin fəaliyyətinə də diqqət çəkdi. Beynəlxalq ofislər üzrə director bildirdi ki, 2012-ci ilin noyabrında təsis edilən Bakı Ofisi mütəmadi olaraq regional iqtisadi forumlar və sərgilərdə iştirakla yanaşı, həmçinin, müntəzəm olaraq Dubay biznesləri və onların MDB həmkarları arasında sinerji sahələrinin tədqiqi və yeni əlaqələrin qurulması istiqamətində dəyirmi masa müzakirələri və seminarlar təşkil edir.

------

1965-ci ildə əsası qoyulan Dubay Ticarət və Sənaye Palatası Dubayın biznes icmasının gücləndirilməsi istiqamətində vizyonunun 50 illiyini qeyd edir.Bir qeyri-kommersiya ictimai qurumu kimi Dubay Palatası yenilikçi dəyərli xidmətləri, nüfuzlu şəbəkələrə girişlə təminetmə sayəsində biznesləri gücləndirilməklə Dubayın qlobal oyunçu vizyonunu dəstəkləyir.Məqsədi Dubayda iş dünyasının maraqlarını təmsil etmək, dəstəkləmək və qorumaqla Dubayda əlverişli biznes mühitinin yaradılmasına və inkişafına töhfə vermək və beləcə, Dubayı beynəlxalq biznes mərkəzi kimi təşviq etməkdir. Əlavə məlumat üçün rəsmi veb səhifəmizi ziyarət edin: www.dubaichamber.com


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.