Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Palatası Astana İqtisadi Forumu 2015-də əmirliyin gəlirli investisiya mühitini təşviq etmişdir

Qazaxıstanda keçirilən sayca 8-ci forum çərçivəsində təşkil edilən sərgidə Palatanın məlumat stendi Dubaya investisiya etmək marağında olan qlobal şirkətləri cəlb etmişdir.

Bakı, Azərbaycan: Bir gəlirli iş məkanı kimi Dubayı təşviq etmək strategiyasına uyğun olaraq, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyi bu yaxınlarda Qazaxıstanın paytaxtında keçirilən VIII Astana İqtisadi Forumunda (AEF) iştirak etmişdir. Bu ilki forum 80-dən çox ökədən 3000 nəfər iştirakçını qəbul etmişdir.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin himayəsi altında "İnfrastruktur-davamlı iqtisadi artımın aparıcı qüvvəsi" mövzusunda təşkil olunan Forumda Azərbaycan nümayəndəliyinin əməkdaşları Dubay Palatasının cəlbedici məlumat stendində beynəlxalq şirkət nümayəndələri, biznes liderləri və hökumət rəsmiləri ilə 15 görüş keçirmişlər.

Astana İqtisadi Forumu dünyanın ən iri beynəlxalq forumlardan biridir. 2008-ci ildən etibarən hər il keçirilən AEF mühüm iqtisadi və sosial problemlərin həlli ətrafında müzakirələr üçün dünya biznes liderləri, siyasət rəsmiləri, elm adamları və Nobel mükafatı laureatlarını bir araya gətirir. Forum Avrasiya İqtisadi Birliyi çərçivəsində biznes imkanlarının təhlili, Şəhərsalma və İpək Yolunun Dirçəlişi və bir sıra müvafiq mövzularda müzakirələr üçün münasib platforma təqdim etmişdir.

Dubay Ticarət və Sənaye Palatasının məlumat stendini ziyarət edən çoxsaylı Forum iştirakçıları Dubayda iş qurmaq üzrə təlimatla tanış olmuş, Palatanın fəaliyyəti haqqında məlumatlandırılmış, ikitərəfli biznes imkanları və əmirlikdə müəyyən sektorlarda investorlar barədə suallarına cavab tapmışlar.

Məlumat stendinə baş çəkənlər sırasında Qazaxıstan Milli Sahibkarlar Palatası, KazNex Invest, Avrasiya İqtisadi Komissiyası, Qazaxıstanda BƏƏ səfirliyi və Qazaxıstan Parlamentinin üzvləri olmaqla bir sıra hökumət və özəl sektor nümayəndələri ilə yanaşı Dubayda qərarlaşmaq istəyən qlobal investorları da qeyd etmək olar.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan Palatanın sözügedən Forumda uğurlu iştirakına münasibət bildirərək qeyd etdi ki, bu tədbir Dubay biznes mühitinin rəqabətliliyini nümayiş etdirmək, habelə, əmirliyin gəlirli investisiya mühiti kimi, xüsusilə də MDB üzvü ölkələrindən olan qlobal investorlara təşviq edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Cənab Xan, həmçinin, bildirdi ki, Forumda iştirak Palatanın MDB bazarında öz varlığını möhkəmlətmək baxımından da olduqca faydalı addım kimi qiymətləndirilə bilər. Belə ki, AEF Dubayda biznes qurmağın faydalarına nəzər yetirmək, mövcud fürsətləri incələmək və beləcə, əmirliyin biznes icması ilə birgə yeni biznes imkanlarını kəşf etməyə imkan verdi.

Cənab Xan Dubay Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin fəaliyyətinə də diqqət çəkdi. Beynəlxalq ofislər üzrə direktor bildirdi ki, 2012-ci ilin noyabrında təsis edilən Azərbaycan nümayəndəliyi mütəmadi olaraq regional iqtisadi forumlar və sərgilərdə iştirakla yanaşı, həmçinin, müntəzəm olaraq Dubay biznesləri və onların MDB həmkarları arasında sinerji sahələrinin tədqiqi və yeni əlaqələrin qurulması istiqamətində dəyirmi masa müzakirələri və seminarlar təşkil edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.