Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət və Sənaye Palatası tacik biznesləri üçün Dubaya ərzaq məhsulları ixracı potensialını təqdim etdi

Bakı nümayəndəliyi tərəfindən Düşənbədə təşkil edilən konfransda 40-dan çox dövlət və özəl sektor nümayəndələri iştirak etdilər

Gəlirli iş məkanı kimi Dubayı təşviq etmək və əmirliyin biznes imkanları ilə xarici investorları yaxından tanış etmək səyləri çərçivəsində, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycan nümayəndəliyi bu yaxınlarda Tacikistanın paytaxtı Düşənbədə Dubaya ərzaq məhsullarının ixracı mövzusunda konfrans təşkil etmişdir.

Konfranszamanı 40-dan çox Tacikistandan olan dövlət və özəl sektor nümayəndələrinin qarşısındaSərmayə və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Tacikistan Dövlət Komitəsinin sədr müavini xanım NiginaƏnvəri, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xanvə Dubay Bələdiyyəsində Ərzaq məhsulları üzrə Araşdırmalar və Sorğular şöbəsinin mütəxəssisi xanımMəryəm Yusuf Beşvari çıxış etmişlər.

Ömər Xan qeyd etdi ki, konfransın məqsədi Dubayda iş qurmağın mühüm aspektləri haqqında ümumi məlumat verməklə yanaşı, Tacikistandan olan kənd təsərrüfatı məhsulları ixracatçılarını Dubay və BƏƏ-də qida qablaşdırma və sertifikatlaşdırma qaydaları ilə tanış etmək olmuşdur.

Cənab Xan daha sonra Dubay Ticarət və Sənaye Palatasınınöz növbəsində ərzaq təhlükəsizliyi məsələsinə əhəmiyyət verdiyini, Əmirlik və ümumilikdə regionun qida tələblərinə cavab vermək baxımından bol və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tanınan MDB bazarının böyük potensialına bələd olduqlarını bildirdi.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru Tacikistanınərzaq məhsulları istehsal edən şirkətlərini Dubay bazarına cəlb etmək niyyətində olduqlarını bildirdi.Bu məqsədlə o, Tacik iş adamlarını ərzaq məhsulları təqdimatı üzrə ixtisaslaşan ən iri sərgilərdən biri olan “Gulfood”da iştirak etməyə dəvət etdi. Cənab Xan, sözügedən sərginin tacik iş adamları üçün Dubayın və ümumiyyətlə regionun gəlirli bazarlarında öz məhsullarını nümayiş etdirmək üçün mühüm platforma təklif etdiyini qeyd etdi.

Cənab Xan əlavə etdi ki, MDB bazarı Dubay Ticarət və Sənaye Palatası üzvləri üçün perspektivli bir məkan kimi çox önəmlidir. Bu özlüyündə, Palatanın həm üzvləri, həm də digər Dubay şirkətləri üçün yeni beynəlxalq bazarları tədqiq etmək strategiyasına uyğundur.

Sözügedən konfransın uğurlu şəkildə ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə cənab Xan BƏƏ-dəki Tacikistan Səfirliyi, Dubay Bələdiyyəsi və “flydubai” şirkətinə təşəkkür etdi. Əlavə olaraq, Beynəlxalq ofislər üzrə direktor xaricdə Əmirliyin investisiya imkanlarını təşviq etmək məqsədilə Palata tərəfindən müntəzəm olaraq bu cür konfrans və seminarların təşkil edildiyini bildirdi.

Öz növbəsində Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Sənan Nəsibli“ BƏƏ-də Ərzaq Məhsulları Ticarətinə Baxış” mövzusunda təqdimatla çıxış etdi. Dubay Bələdiyyəsində Ərzaq məhsulları üzrə Araşdırmalar və Sorğular şöbəsinin mütəxəssisi xanım Məryəm Yusuf Beşvari Dubayda (BƏƏ-də) Ərzaq Məhsullarının Qablaşdırılması və Sertifikatlaşdırma Standartlarından danışdı.

Tacikistan əhəmiyyətli aqrobiznes potensialı, il boyu bol orqanik meyvə və tərəvəz istehsalı,uzun sürən  kənd təsərrüfatı ənənələri, il boyu əkin və heyvandarlıq üçün əlverişli iqlim şəraiti baxımından Dubay Ticarət və Sənaye Palatası Dubay investorlarının Tacikistanın kənd təsərrüfatı, ərzaq məhsulları sənayesi, nəqliyyat, loqistika və anbarların inkişafına sərmayə yatırmalarında maraqlıdır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.