Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatası Minskdə BƏƏ-Belarus Biznes Forumu təşkil etdi

Belarus və BƏƏ işgüzar dairələri arasında ikitərəfli biznes və investisiya potensialının artmasının təşviqi istiqamətində səylərinin bir hissəsi kimi, Dubay Ticarət və Sənaye Palatası 24 fevral 2015-ci il tarixində Crowne Plaza Hotel Minskdə BƏƏ-Belarus biznes forumu təşkil etmişdir.

BƏƏ İqtisadiyyat Naziri cənab Sultan bin Səid Əl Mənsurinin başçılıq etdiyi nümayəndə heyətinin Şərqi Avropa ölkəsinə rəsmi səfəri çərçivəsində Belarus İqtisadiyyat Nazirliyi, BƏƏ İqtisadiyyat Nazirliyi və Belarus Milli İnvestisiya və Özəlləşdirilmə Agentliyinin birgə təşkilatçılığı ilə strateji əhəmiyyətli işgüzar forum keçirildi.

BƏƏ İqtisadiyyat naziri Sultan bin Səid Əl Mənsuri, BƏƏ İqtisadiyyat naziri müşaviri Məhəmməd Əhməd Bin Əbdüləziz Əl Şehhi, Belarus İqtisadiyyat naziri Vladimir Zinovski, İqtisadiyyat nazirinin müavini Aleksandr Yaroşenko, eləcə də 40-dan çox İqtisadiyyat rəsmiləri və özəl sektorun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən forum birgə investisiya imkanları və sözügedən iki ticarət tərəfdaşı arasında ikitərəfli artım sahələrini tədqiq etmişdir.

İki sessiyadan ibarət forum zamanı Əl Mənsuri tərəfindən BƏƏ İqtisadiyyatına Baxış üzrə təqdimatlar edildi. Cənab nazir çıxışı zamanı iqtisadi göstəricilər və ölkədə hökm sürən rəqabətyönümlü biznes mühiti haqqında məlumat verərkən, həmçinin, sözügedən ziyarətin məqsədinin növbəti 10 il ərzində iki ölkə arasında ticarət həcminin beş dəfə artırılması kimi müsbət nəticələrə yönəlik bir fəaliyyət planını inkişaf etdirmək olduğunu vurğuladı.

"BƏƏ-nin unikal investisiya mühiti və onun strateji mövqeyi ölkəyə birbaşa xarici investisiyaların cəlb olunması baxımından əhəmiyyət kəsb edir. Qanunvericilik və tənzimləyici amillər çərçivəsində, yüksək inkişaf etmiş infrastruktur və maliyyə obyektlərinin təminatı nəticəsində ölkənin davamlı inkişafı onun investisiyalar üçün regional və qlobal miqyasda statusunu daha da gücləndirir,”-deyə cənab nazir qeyd etdi.

"Biz yalnız sərmayə deyil, eyni zamanda təcrübə, ixtisaslı və istedadlı kadrlar, layihələr axtarışındayıq. Öz növbəsində, bu bilik və bacarıq bizə BƏƏ 2021-ə Baxış strategiyamıza nail olmağımıza köməklik edəcəkdir. Bu baxış özlüyündə təcrübəli Əmirlik xalqının başçılıq etdiyi müxtəliflik və bilik əsaslı iqtisadiyyatın qurulması, o cümlədən, bərpa olunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmos kimi yeddi adda sektorda innovasiyaya təkan verməklə həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olaraq iqtisadiyyatımızı yeni üfüqlərə çatdıracaq BƏƏ İnnovasiya strategiyasına əsaslanır,”-deyə Əl Mənsuri əlavə etdi.

Öz salamlama çıxışında Belarus İqtisadiyyat naziri Vladimir Zinovski, xüsusilə də, 1 yanvar 2015-ci il tarixi etibarilə fəaliyyətə başlayan və Belarus, Ermənistan, Qazaxıstan, Rusiya Federasiyası kimi ölkələrin daxil olduğu Avrasiya İqtisadi Birliyi timsalında öz ölkəsi və BƏƏ arasında iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladı. Cənab nazir, həmçinin, öz ölkəsinin BƏƏ-dən olan investorları bu "fürsət pəncərəsi"ndən yararlanmaq istiqamətində hər cür şəraitlə təmin etməyə hazır olduğunu bildirdi.

BƏƏ-Belarus biznes forumunun təşkilini şərh edən Dubay Ticarət Palatasının prezidenti və icraçı direktoru Həməd Buamim, Palata olaraq öz üzvlərini dünyanın ən rəqabətli bazarlarında aktiv fəaliyyət istiqamətində birbaşa dəstəklədiyini qeyd etdi.  Cənab Buamim əlavə etdi ki, Belarus bazarı BƏƏ şirkətləri üçün ərzaq və kənd təsərrüfatı kimi əsas iqtisadi sektorlara investisiya baxımından idealdır.

O, daha sonra Avropa bazarları ilə Rusiya arasında mühüm halqa olan Belarusun BƏƏ şirkətlərinin bu gəlirli bazarlara daxil olmaları istiqamətində strateji qapı rolu oynadığını vurğuladı. Bu da öz növbəsində, Dubay Ticarət Palatasının dünyanın perspektivli biznes məkanları ilə strateji tərəfdaşlıq yaratmaqla əmirlikdə iqtisadi artım və rəqabətəyönəlik biznes mühitinin stimullaşdırılması istiqamətində səylərinə xidmət edir. Cənab Buamim əlavə etdi ki, Azərbaycanda Dubay Ticarət Palatası nümayəndəliyinin mühüm rolu bu məqamda daha da ön plana çıxır. Belə ki, Əmirlik biznesləri və onların MDB-dəki həmkarlarını birləşdirməklə, nümayəndəlik uzun vədədə möhkəm ikitərəfli münasibətlərin inkişafında aparıcı rol oynamaqdadır.

Dubay Ticarət Palatasında Beynəlxalq Əlaqələr departamentinin vitse-prezidenti Həsən Əl Haşemi öz  “Dubay İqtisadiyyatı Perspektivləri və Nəzər Nöqtəsi 2015” mövzusu ətrafında təqdimatda Əmirliyin iqtisadi potensialını vurğulamaqla, qlobal investorlar üçün böyük investisiya potensialına malik ticarət, turizm, logistika və maliyyə xidmətləri də daxil olmaqla aparıcı sahələrə toxundu.

Forumda həmçinin, Belarus Milli İnvestisiya və Özəlləşdirilmə Agentliyinin rəhbəri Natalya Nikandrova və Belarus Ticarət və Sənaye Palatasınin sədr müavini Vyaçaslav Bril tərəfindən Belarus investisiya mühiti və layihələr üzrə təqdimatlar da dinlənildi.

Birləşmiş Ərəb Əmirlikləri və MDB ölkələri arasında ikitərəfli iqtisadi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə təşkil olunan MDB platformaları silsiləsindən bir tədbir olan  BƏƏ-Belarus Forumu Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin aktiv iştirakı ilə ərsəyə gəlmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.