Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatasının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə ənənəvi ziyafət keçirildi

İllik şəbəkələşmə istiqamətində təşkil olunan tədbir Dubay tərəfdaşları ilə ikitərəfli əlaqələrin inkişafına çalışan çoxsaylı azərbaycanlı iş adamlarının iştirakı ilə baş tutmuşdur.

Dubay, BƏƏ:Bu yaxınlarda Dubay Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən ziyafət tədbirində Azərbaycanın özəl və dövlət sektorunu təmsil edən 100-dən çox iş adamı iştirak etmişdir. Tədbir paytaxt Bakının Kempinski Badamdar otelində baş tutmuşdur.

Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq ofisləri üzrə direktoru cənab Ömər Xan iştirakçıları salamlayaraq MDB, Asiya və Afrika ölkələrinin əsas bazarlarında qurumun fəaliyyətinin genişləndirməsini nəzərdə tutan və beləliklə də, önəmli beynəlxalq biznes mərkəzi kimi Dubayı təşviq edən “ProDubai” strateji təşəbbüsündən söz açdı.

Cənab Xan Palata nəzdində beynəlxalq ofis üçün ilk təyinat məkanı kimi Bakı nümayəndəliyinin seçilməsini daha geniş MDB məkanına açılan qapı kimi təsvir etdi. O qeyd etdi ki, 2012-ci ilin noyabrından etibarən fəaliyyət göstərən Bakı nümayəndəliyi keçən müddət ərzində Dubay və Azərbaycandan olan iş adamları arasında ikitərəfli iqtisadi və işgüzar əlaqələrin təşviq edilməsi çərçivəsində çoxsaylı tədbirlər, seminarlar və dəyirmi masa müzakirələri təşkil etmişdir.

"Bu cür tədbirlər Dubay Ticarət Palatası və onun mühüm tərəfdaşları üçün son yeniliklər, təşəbbüslər ətrafında bir araya gəlməyə gözəl fürsət yaratmışdır. Elə eyni qaydada, biz burada 2014-cü ilə nəzər salmaq, nailiyyətlərimizi qiymətləndirmək, eləcə də ilin yekunları və gələcəyə baxışımız ətrafında müzakirələr aparmaq üçün toplaşmışıq,''- deyə o bildirdi.

Cənab Xan ötən il ərzində Azərbaycan ilə Dubay arasında qeyri-neft ticarətinin 1,9 milyard BƏƏ dirhəm dəyərində olduğunu vurğulayaraq artıq Azərbaycanın sayca Dubayın 71-ci ən böyük beynəlxalq ticarət tərəfdaşı kimi qərarlaşdığını bildirdi. O, həmçinin, nümayəndəliyin təsis olunmasından keçən müddətdə Dubay Ticarət Palatasına üzv Azərbaycan şirkətləri sayının 50% artaraq hazırda bu rəqəmin 263-ə çatdığını qeyd etmişdir.

Öz çıxışında Azərbaycanda BƏƏ səfirliyində Missiya rəhbərinin müavini cənab Ömər Əlzaruni BƏƏ və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrdən danışdı. O, iki ölkə arasında ikitərəfli ticarət və digər əlaqələrin inkişaf etdirilməsi istiqamətində BƏƏ və Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətini vurğuladı. Cənab Əlzaruni ikitərəfli biznes əlaqələrinin genişləndirilməsi məsələsinə toxunaraq azərbaycanlı iş adamlarını BƏƏ-dəki həmkarları ilə daha sıx əməkdaşlığa çağırdı.

Nitqinin sonunda BƏƏ-nin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Salem Xalifa Əl-Ğafliyə Dubay Ticarət Palatasının fəaliyyətini daim dəstəklədiyi və ikitərəfli iqtisadi və işgüzar əlaqələrin inkişafına töhfələrinə görə onu təltif etdi. Palatanın xüsusi təşəkkür lövhəsi cənab Əlzaruniyə təqdim olundu.

Bundan başqa, tədbir əsnasında Dubay Ticarət Palatası üzvləri arasında ikitərəfli ticarət və işgüzar əlaqələri təşviq edən yerli şirkətlər də təşəkkür lövhələri ilə təltif edilmişlər.

Bunlardan struktur polad dizaynı, təchizat və quraşdırma fəaliyyəti üzrə ixitsaslaşmış podratçı “Eversendai Mühəndislik” MMC cari ilin yanvar-noyabr aylarına həcm etibarilə ən çox BƏƏ dirhəm dəyərində Azərbaycana ixrac üçün mənşə sertifikatları əldə etdiyinə görə qiymətləndirilmişdir.

Bundan başqa Azərbaycanda aparıcı bank qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankı Dubay bankları ilə 150 milyon ABŞ dolları məbləğində 10-dan çox əməliyyat qurduqlarına görə mükafatlandırıldı.

Eləcə də ilk milli tur operatoru olan “ERA Style Tours” Dubaya olan bağlılıqları və cari ilin yanvar-noyabr aylarına əsasən Dubayda otel rezervasiyaları üzrə liderliyinə görə təltif olundu. 

Son olaraq, Azərbaycanda “flydubai” şirkətinin səlahiyyətli təmsilçisi “BakuTrans” Dubaya olan bağlılıqları və ikitərəfli turizm, ticarət və biznes əlaqələrinin təşviqinə töhfələrinə görə mükafatlandırıldı.

Dubay Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Sənan Nəsibli, yarandığı vaxtdan, yəni 2012-ci ilin noyabrından etibarən Bakı Ofisinin fəaliyyətini əhatə edən təqdimatla çıxış edərək, MDB və Dubaya olan çoxsaylı tədqiqat missiyaları, ticarət missiyaları, eləcə də ticarət və logistika, turizm, İslam bankçılığı, biznes mühiti, pərakəndə və françayzinq, BƏƏ-Azərbaycan bankçılıq imkanları kimi mövzularda təşkil olunan dəyirmi masa müzakirələri haqqında məruzə etdi.

Dubay Sənaye və Ticarət Palatası haqqında qısa arayış:

1965-ci ildə əsası qoyulan Dubay Ticarət və Sənaye Palatası qeyri-kommersiya qurumu olub məqsədi Dubayda iş dünyasının maraqlarını təmsil etmək, dəstəkləmək və qorumaqla Dubayda əlverişli biznes mühitinin yaradılmasına və inkişafına töhfə vermək və beləcə, Dubayın beynəlxalq biznes mərkəzi kimi təşviq etməkdir. Ətraflı rəsmi vebsaytda tanış ola bilərsiniz: www.dubaichamber.com

Daha ətraflı məlumat üçün bizi izləyin:

www.facebook.com/dubaichamber

www.twitter.com/dubaichamber

http://www.linkedin.com/company/dubai-chamber-of-commerce-&-industry/

www.youtube.com/DubaiChamberTV

www.instagram.com/dubaichamber

www.flickr.com/dubaichamber

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.