Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Dubay Ticarət Palatası Azərbaycan banklarını əmirlikdə təmsil olunmağa çağırdı

Azərbaycanın aparıcı bank və maliyyə təsisatlarının nümayəndə heyəti Dubay Ticarət Palatasının (DTP) dəvəti ilə bu əmirlikdə bir sıra görüşlər və müzakirələr keçirib. İşgüzar missiya DTP-ın “Pro-Dubai” təşəbbüsü çərçivəsində dünyanın 100 ən möhtəşəm şirkətlərinin Dubaya cəlb olunması strategiyasına müvafiq təşkil olunub.

Palatanın mətbuat üçün verdiyi açıqlamaya görə, üçgünlük səfər müddətində “PAŞA Bank” ASC İdarə heyətinin sədri Fərid Axundovun rəhbərlik etdiyi 10 nəfərlik nümayəndə heyəti bank sahəsində olan əməkdaşlıq imkanları mövzusunda keçirilən təqdimat və dəyirmi masada iştirak etmişdir. Bu müzakirələrdə Azərbaycan Respublikasının BƏƏ-dəki səfiri cənab Elxan Qəhrəman və DTP-nin himayəsi altında fəaliyyət göstərən Bank Biznes Qrupunun vitse-sədri cənab Racay Ayyaş da çıxış ediblər. Bundan başqa, səfər zamanı Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DİFC) və Dubay Maliyyə Bazarında (DFM) rəhbərlərlə görüşlər keçirilib və əməkdaşlıgın genişləndirilməsi mövzusunda müzakirələr aparılıb.

Dubay və Azərbaycan arasında bank əməkdaşlığının genişlənməsinə həsr olunan bank rəhbərləri üçün təşkil olunan dəyirmi masada etdiyi açılış çıxışında Dubay Ticarət Palatasının 2-ci sədr müavini cənab Hişam Al Şiravi bildirmişdir ki, Azərbaycan bank və maliyyə nümayəndə heyətinin səfəri hər iki tərəfin artıq uğurlu əməkdaşlığını daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. Cənab Al Şiravi vurğulamışdır ki, “bu səfər həm də Dubayın iqtisadi artımının əsas təkanverici qüvvələrindən biri olan dünya səviyyəli maliyyə sektorunun təcrübə və biliklərinin mübadiləsi üçün şərait yaradacaqdır.’’ O əlavə etmişdir ki, Dubay bu gün inkişaf etmiş logistika və infrastruktur şəbəkəsi, biznesə müsbət təsiri olan qanunları və beynəlmiləl cəmiyyət üçün bol sərmayə imkanları ilə regionun aparıcı maliyyə mərkəzinə çevrilmişdir.

Cənab Al Şiravi Azərbaycanın aparıcı bank və maliyyə qurumlarının nümayəndələrini əmirliyin ticarət, turizm, logistika, daşınmaz əmlak və maliyyə xidmətləri sektorlarında mövcud olan zəngin imkanlardan faydalanmaq üçün Dubayda təmsil olunmağa çağırmışdı. O, Palatanın Azərbaycan nümayəndəliyinin bu işdə dəstək olmağa tam hazır olduğunu bildirmişdi.

Cənab Fərid Axundov öz növbəsində Azərbaycan bank sektorunun artımı və xarici səhmdarlara təqdim olunan imkanlar barəsində təqdimat etmişdir. O, BƏƏ və xüsusən Dubayın uğurlu bazar iqtisadiyyatı modelini tərifləyərək bunun Azərbaycanda maliyyə sektorunun inkişafı və ölkənin dünya səviyyəli maliyyə mərkəzinə çevrilməsi üçün nümunə olduğunu bildirmişdir.

Azərbaycan Beynəlxalq Bankının İslam bankçılıq departamentinin müdiri cənab Bəhnam Qurbanzadə Azərbaycanda islam bankçılığının tarixi və gələcək inkişafı, habelə, ölkəsinin Müstəqil Dövlətlə Birliyi məkanında islam bankçılığı üzrə mərkəzə çevrilmək potensialı barəsində söhbət acdı. O, həmçinin, Azərbaycan Beynəlxalq Bankının Dubay nümayəndəliyi və bankın Dubay islam maliyyə institutları ilə yüksək səviyyəli əməkdaşlığını vurğuladı.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.