Biznes kataloqu > İşgüzar xidmətlər > Biznes klubar və assosiasiyalar
 

Dubay Tiracət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

az | ru
 
 
 
 

Bizim məqsədimiz – Dubayı beynəlxalq biznes mərkəzi kimi təşviq etməkdir

12 sentyabrda Kempinski Hotel Badamdar otelində Dubay ticarət palatasının ProDubay”  proqramına həsr olunmuş seminarı keçirildi. Tədbirdə bir çox yerli holdinq və maliyyə təsisatlarının top-menecmenti iştirak edirdi.

Seminarın məqsədi Azərbaycan şirkətlərinin beynəlxalq iştirakçılığının müəyyən edilməsi və genişləndirilməsi baxımından Dubayın müasir bir mərkəz kimi müzakirə edilməsi idi.

Dubay ticarət palatasının nümayəndələri, həmçinin,  PricewaterhouseCoopers Legal Middle East, Applied Marketing Solutions şirkətləri məruzələr və təqdimatlarla çıxış etdi.

Təşkilat barədə daha ətraflı məlumat almaq üçün biz Dubay ticarət palatasının vitse-prezidenti Həsən əl Həşəmi və Azərbaycandakı ofisin rəhbəri Sənan Nəsibli ilə söhbət etməyi qərara aldıq.

Təşkilatınızın yaradılması tarixi haqqında məlumat verə bilərsizmi? Azərbaycanda qarşınıza hansı məqsədlər qoymusuz?

Həsən əl Həşəmi: Dubay ticarət palatası 1965-ci ildə təsis edilmişdir. Təşkilatın strateji məqsədləri – Dubayda əlverişli biznes mühitinin yaradılması, özəl sektorun inkişafına dəstək və onun maraqlarının Dubay höküməti qarşısında təmsil edilməsi, habelə, Dubayın beynəlxalq biznes mərkəzi kimi təşviq edilməsidir.

Dubayın iqtisadi yüksəlişi və uğuru bizim palatanın aktiv üzvlərinin sayının artmasına səbəb olmuşdur. Hal-hazırda onların sayı 145 mini keçir. 2012-ci ildə üzvlərimizin beynəlxalq biznes əlaqələrinin inkişafına dəstək məqsədilə, təşkilatımızın beynəlxalq nümayəndəliklərini təsis etmək qərarına gəldik. İlk beynəlxalq ofis 2012-ci ildə Azərbaycanda açıldı.

Bizim buradakı nümayəndəliyin məqsədi – Azərbaycanda və MDB ölkələrində Dubayın beynəlxalq biznes mərkəzi kimi təşviq edilməsi, Azərbaycan və MDB ölkələri tərəfindən Dubaya investisiya qoyuluşu prosesinin dəstəklənməsi, həmçinin əks prosesə dəstək olmaqdır.

Niyə nümayəndəliyinizi təsis etmək üçün məhz Azərbaycanı seçdiniz?

Həsən əl Həşəmi: 2016-cı ilin sonuna qədər biz ən böyük iqtisadi potensiala malik  regionlarda öz nümayəndəliklərimizi təsis etmək istəyirik. Bunlar MDB dövlətləri, Afrika və Asiyadır. Azərbaycandan başqa, biz İraqın şimali hissəsi (Kürdistan) və Efiopiyada da nümayəndəliklərimizi təsis etmişik və bu proses davam etməkdədir.

MDB məkanında ilk ofisi biz Azərbaycanda açdıq. Bunun əsas səbəbi Azərbaycanla Dubay arasındakı dostluq münasibətləri, iqtisadiyyat və biznes sahəsində dinamik əməkdaşlıq, mədəni və dini yaxınlıq, sizin ölkənin böyük iqtisadi potensialı, həmçinin yerli biznesmenlərin MDB ərazisində biznes qurmaq məsələsində təcrübəsidir.

Biz çox ümid edirik ki, Dubay və Azərbaycanın işgüzar çevrələri təkcə Azərbaycanda yox, həm də bütün MDB məkanında ortaq layihələr həyata keçirəcəkdir.

Hazırda Dubayda Azərbaycan kapitalı ilə açılan şirkətlərin sayı stabil olaraq artır. Bu, şəhərin daxili iqtisadiyyatının davamlılığından və Dubayın beynəlxalq biznes mərkəzi kimi tanınmasından xəbər verir.

Dubayda biznesin prinsipial fərqli cəhəti nədən ibarətdir? Bu şəhərdə biznes qurmaq sahibkara hansı üstünlüklər verir?

Sənan Nəsibli: Dubay bütün dünyada ən qabaqcıl biznes mərkəzlərindən biridir. Bu şəhərin verdiyi mkanlar ona rəvac vermişdir ki, dünyanın ən qabaqcıl şirkətlərinin 80%-i  özlərinin regional nümayəndəliklərini məhz burada açmışlar. Dubaya investisiyalar etmək üçün 11 səbəb göstərəcəyəm:

  • Uğurlu və çoxşaxəli iqtisadiyyat
  • Liberal investisiya mühiti
  • Aşağı vergilər və biznes üçün əlavə stimullar
  • Möhtəşəm infrastruktur
  • Afrika və Avropa arasında mərkəzi mövqe
  • Logistik koridor
  • Fars körfəzi ölkələri arasında gömrük razılaşması
  • Böyük daxili bazar
  • Multikultural əhali
  • Kvalifikasiyalı və rəqabət bacarıqlı işçi qüvvəsi
  • Yaşamaq üçün əlverişli yer

Bizim ölkədə təmsil olunan digər ticarət palataları (məsələn, Amerika ticarət palatası) ilə əməkdaşlıq edirsizmi?

Sənan Nəsibli: Bizim əsas tərəfdaşımız Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Yaxın gələcəkdə digər ticarət palataları ilə də əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. İstərdik ki, bizə dost olan təşkilatların çoxsaylı üzvləri Dubayda biznes sahibi olmağın verdiyi üstünlüklər və fürsətlərdən yararlansınlar.

Təşkilatınızın bizim ölkədə daha da irəliləməsi üçün hansı tədbirləri həyata keçirməyi planlaşdırırsız?

Sənan Nəsibli: Biz vaxtaşırı Dubay və Azərbaycanın işğüzar çevrələri üçün müxtəlif tədbirlər keçiririk. Tədbirlər haqqında məlumatlar və elanlar Dubay və BƏƏ-nin çap və elektron KİV-lərində yayımlanır. Gələcəkdə biz bu tədbirləri Azərbaycan mətbuatında və əməkdaşlarımızın nəşrlərində də işıqlandırmağı planlaşdırırıq.

Bundan başqa, Dubay , Azərbaycan və MDB arasındakı münasibətlərin genişlənməsinə fayda verəcək tədbirlərdə əməkdaş və ya sponsor kimi aktiv iştirak etməyə də həmişə hazırıq.

 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.