Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Baş mühasib

DəmirBank Yevlax və Göyçay şəhərlərinə filialın baş mühasibi vəzifəsinə işə dəvət edir.

Təhsili: Ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının olması
Cinsiyyəti: Fərq etmir
Yaşı: 23-45
Əmək haqqı: 750 AZN
Komputer biliyi:  Kompyuterdə Word, Excel, Outlook, Adobe Acrobat, İnternet Explorer proqramları ilə işləməyi bacarmalıdır
İş  təcrübəsi (müddət): 2-5 il
Xarici dil biliyi: Fərq etmir

İş üçün lazım olan digər xüsusiyyətlər:

  • Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini bilməlidir
  • Vəzifə səlahiyyəti və məsuliyyəti:
  • Bank gününün sonunda kassa əməliyyatlarının yekunlaşdırılması, günün kassa mədaxil və məxaric sənədlərinin yoxlanması və qəbulu;
  • Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsi;
  • Nağd pulun əməliyyat gününün sonunda kassaya təhvil verilməsinə və hesabatlarına nəzarət;
  • Filialın icraçıları tərəfindən gündəlik dövriyyə-qalıq cədvəlləri üzrə balansa düzgün çıxılmaya nəzarət;
  • Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət;
  • Balansdankənar hesablar üzrə uçotun düzgün aparılmasına nəzarət;
  • Müştərilərin sifarişlərinə və Kredit verilməsi barədə filial müdirinin sərəncamlarına əsasən filialın nağd pula olan tələbatının yetərliliyinə nəzarət,
  • Hesab açılması barədə müştərilərə təqdim edilmək üçün Bildiriş tərtib olunması və ön ofisə ötürülməsi;
  • Müştərilərin hesab qalıqlarının rəsmən təsdiqlənməsinin təmin edilməsi və nəzarət olunması;
  • Kredit verilməsi barədə filial müdirinin sərəncamının icrasının təmin edilməsi.
  • Və s.

CV forması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Tərcümeyi-hal və ya müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz vacibdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.