Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Şirkət haqqında

DəmirBank 23 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.
 

Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.

2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur. DəmirBank Fitch agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinq proqnozları isə Bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Bank kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.

DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin, eləcə də S.W.I.F.T. beynəlxalq banklararası ödəniş sisteminin üzvü olan DəmirBank Azərbaycanın, Avropanın, Asiyanın, ABŞ-ın və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələrinə də malikdir.

Bank 200-dək ölkə üzrə 5 - 7 dəqiqə ərzində münasib tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verən Western Union, Coinstar, Bıstraya Poçta, Migom, Lider, Zolotaya Korona kimi beynəlxalq təcili pul köçürmə sistemlərinə qoşulubdur. Özünün “Şimşək” sistemini yaratmışdır DəmirBank ölkə daxilində bir filialdan digərinə hesab açmadan 7 dəqiqə ərzində pul köçürmələrini həyata keçirir.

DəmirBank Bakı Fond Birjasının səhmdarlarından biri olan və birjada broker və diller xidmətləri göstərən ADB Broker şirkətinin təsisçisidir. Bank həmçinin MilliKart prossesinq mərkəzinin əsas səhmdarlarından biridir.

Bank institusional inkişafa böyük əhəmiyyət verir. Bankın institusional inkişafı və müxtəlif fəaliyyət istiqamətlərinin gücləndirilməsi üzrə AYİB, USAID, IFC və digər maliyyə təşkilatlarının beynəlxalq proqramları çərçivəsində texniki yardımlardan istifadə etmişdir.

DəmirBank ölkə üzrə 31 filial və şöbədən ibarət olan geniş filial şəbəkəsinə malikdir. Onlardan 13-ü Bakı şəhərində, 18-si isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir. DəmirBank Bakıda və ölkənin regionlarında yerləşən 55 bankomatdan ibarət şəbəkəyə malikdir.

2009-cu ilin yekunlarına görə “Uğurlu Rebrendinq” nominasiyasında, daha əvvəllər isə “Etimad Bankı” və "Regionlarının sosial-iqtisadi inkişafı sahəsində xidmətləri” nominasiyaları üzrə UĞUR Milli Mükafatına layiq görülmüşdür.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.