Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank korporativ idarəetmə standartları üzrə ilk yeri tutub

DəmirBank Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan şirkətlərinin korporativ idarəetmə standartlarına uyğunluğunun qiymətləndirilməsinə görə 98,5% göstərici ilə siyahıda ilk yeri tutub

Bu reytinq DəmirBank-ın fəaliyyətinin şəffaflığı, məlumatların açıqlanması, səhmdarların hüquqlarının təminatı, dividentlərin ödənişi, kapitalın artırılması, idarəetmə strukturu və digər məsələlər barədə vəziyyəti əks etdirir. Qeyd edək ki, Bankın səhmləri Bakı Fond Birjasının birinci səviyyəli kotirovka vərəqəsinə daxildir.

2010-cu ildə “Standard & Poor's” beynəlxalq agentliyinin Azərbaycan bank sektorunda “Korporativ İdarəetmə Standartları” sahəsində keçirdiyi araşdırmanın nəticələrinə əsasən, DəmirBank şəffaflıq və məlumatların açıqlanması üzrə ilk 5 aparıcı bank arasındadır.

DəmirBank korporativ idarəetmə standartlarının tətbiqinə və inkişafına böyük önəm verilir. Son illərdə Bankda korporativ idarəetmə standartlarının inkişafı üzrə müxtəlif layihələr üzrə geniş işlər həyata keçirilib. Bu işlər strateji planlaşdırma, risklərin idarə edilməsi, daxili audit, maliyyə idarəetməsi və hesabatlılıq, insan resursları, informasiya texnologiyaları və sair sahələri əhatə edib.

DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.