Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank smartfon və planşet istifadəçiləri üçün applikasiyalar təqdim edib

DəmirBank smartfon və planşet istifadəçiləri üçün applikasiyalar hazırlayıb. Belə ki, 2012-ci ilin dekabr ayından Apple (App Store) və Android (Play Market), 2013-cü ilin fevralından isə BlackBerry (App World) üçün nəzərdə tutulan applikasiyaları pulsuz yükləmək mümkündür.

Bu proqramlar istifadəçilərə (iPhone, iPad, Samsung Note / Galaxy, HTC, BlackBerry və s.) Bank barədə məlumat əldə etməyə və müəyyən əməliyyatlar həyata keçirməyə imkan verir. Azərbaycan, Rus və İngilis dilində olan proqramlar mütəmadi yenilənəcək, imkanlar genişləndiriləcək və bu barədə istifadəçilərə avtomatik məlumat veriləcək.

“DemirBank” adlanan applikasiyalarda DəmirBank haqqında məlumat və xəbərlər, filial və bankomatların ünvanları və xəritələri, valyuta məzənnələri və konvertor, BillPay sistemi üzrə kommunal / rabitə / internet / kabel TV ödənişləri, plastik kartlar üzrə İnternet-Banking xidmətləri, məhsullar barədə məlumatlar mövcuddur. Əsas menyunun aşağı hissəsində “DəmirBank-a zəng” düyməsi vasitəsilə 149 – Məlumat Mərkəzinə zəng etmək olar.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına, www.facebook.com/demirbank.az və https://twitter.com/DemirBank səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.