Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” 2012-ci ili uğurla başa vurub

Belə ki, 2012-ci ilin yekunlarına əsasən, Bankın aktivləri 7,2% artaraq, 383,2 mln. manat, müştərilərə verilən kreditlər 8% artaraq 280,6 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 29,8% artaraq 132,4 mln. manat olub. Bankın məcmu kapitalı isə 56 mln. manat təşkil edib.

Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan “DəmirBank”, “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “sabit” proqnozu ilə “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkə bank sektorunda yüksək göstəricilərdəndir.

Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını davam etdirərək, 2012-ci ildə 42 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb. “DəmirBank” Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığını davam etdirir.

2012-ci ildə Bank kredit fəaliyyətini və kreditlərin çeşidini genişləndirib. İl ərzində müştərilərə “8 mart – Avtomobil krediti”, “Neftçilərə Kredit”, “Səhiyyə İşçilərinə Kredit”, “Dövlət Qulluqçularına Kredit”, “Təkrar Müştərilərə Kredit”,  “Kreditini hədiyyə qazan” və sair kredit kampaniyaları təqdim edilib.

“DəmirBank” 2012-ci ildə əmanətlər, plastik kartlar, pul köçürmələri və ödəmələr sahəsində uğurlu nəticələr əldə edib. İl ərzində Bankda əmanətlərin həcmi 29,8% artıb.

“DəmirBank” ölkədə ilk banklar sırasında taksit tipli kredit kartı olan “Aykart” məhsulunu, eləcə də Azərbaycanda ilk dəfə “MobilKart” məhsulunu müştərilərə təqdim edib. Bank plastik kartlar üzrə “5 manata kart”,  “Pulsuz kart”, “Futbol üzrə Dünya Çempionatına bilet qazan”, “Visa Gold və Platinum kartları pul gətirir” və s. aksiyaları həyata keçirib.

2012-ci ildə Bank “Lider”, “Allure” və “UPT” pul köçürmə sistemlərinə qoşulub, “Mobil danışıq kartı hədiyyə”, eləcə də “Western Union” və “Contact” köçürmələri üzrə fərdi qaydada aksiyalar keçirib. Bankın saytında kommunal, rabitə, İnternet, kabel TV və sair xidmətlərin “BillPay” on-layn ödəniş xidməti üzrə uduş kampaniyasını keçirilib.

Ötən il “DəmirBank”-ın Şəmkir şöbəsi filiala çevrilib. Müştəri rahatlığı üçün Yasamal, Bərdə və Lənkəran filialları yeni ofislərə köçürülüb. Beləliklə, son 2 ildə 10 filialını yeni ofislərə köçürən “DəmirBank”, bu filiallarda yeni “Korporativ interyer tərtibat” standartlarını da tətbiq edib. Bank daha bir neçə filialını yeni və rahat ofislərə köçürülməsi istiqamətində işləri davam etdirir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.