Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank SAP for Banking proqram təminatının bir sıra modullarını tətbiq edi

2012-ci ilin dekabr ayında proqram təminatının HR (İnsan Resursları), Payroll (Əməkhaqqı), FI (Maliyyə), Treasure (Xəzinədarlıq) və OpenText (Elektron Kargüzarlıq) modulları tətbiq edilib. Bu istiqamətlərdə fəaliyyət artıq müvafiq modullarda həyata keçirilir. Hər modul müxtəlif komponentlərdən ibarətdir. Misal üçün, SAP HR (İnsan Resursları) Təşkilati idarəetmə, İşçilərin idarəedilməsi, Vaxtın idarə edilməsi və sair komponentləri üzündə birləşdirir.

Layihənin əsas olan 2-ci fazası hazırda yekunlaşmaq üzrədir. “SAP for Banking” proqram təminatının son 8-ci versiyasının digər hissələrinin tətbiqi 2 – 3 aya tamamlanmalıdır.

Core Banking System (Hesabların İdarə edilməsi, Təminatların idarə edilməsi) və CRM (Müştərilərlə Əlaqələrin İdarə edilməsi) modulları üzrə layihələndirmə, əksər tətbiqi işlər, nizamlanma və ilkin testləşmə yekunlaşıb. İşçilərin treninqi, yekun testləşmə və məlumatların miqrasiyasından sonra proqramın bu hissələri də tətbiq ediləcək.

Dünyanın bir çox aparıcı şirkətləri və bankları SAP proqramından istifadə edir. SAP-nin tətbiqi bütünlüklə biznes proseslərin optimallaşdırılmasını, avtomatlaşdırılmasını və effektivliyin artırılmasını təmin edir.

Məlumat üçün, 2011-ci ildə DəmirBank İT infrastrukturunun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədi ilə “İT infrastrukturun yenilənməsi” layihəsini də uğurla həyata keçirib. İT infrastrukturun yenilənməsi, mütərəqqi texnologiya və avadanlıqlardan istifadə, “SAP for Banking” proqramının tətbiqi Bankın gələcək inkişafına, yeni xidmətlərin tətbiqinə, müştəri xidmətinin yaxşılaşmasına və sair mühüm hədəflərə nail olmağa imkan verəcək.

“SAP for Banking” proqramı DəmirBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə tətbiq edilir


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.