Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” “Pulsuz plastik kart” kampaniyasını genişləndirib

“DəmirBank” “Pulsuz plastik kart” kampaniyasının şərtlərini sadələşdirib. Beləliklə, pulsuz plastik kart əldə etmək üçün ödənilən ilkin məbləğ azaldılıb.

VISA Electron / Maestro kartlarını pulsuz almaq üçün hesaba 100 AZN / USD / EUR / TRY / GBP və ya 400 AED həcmində ilkin ödəniş edilməlidir. VISA Classic / MasterCard Standard üçün - 200 AZN / USD / EUR / TRY / GBP və ya 800 AED, VISA Gold / MasterCard Gold üçün - 1000 AZN / USD / EUR / TRY / GBP və ya 4000 AED, VISA Platinum / MasterCard Platinum üçün 5000 AZN / USD / EUR / TRY / GBP və ya 20000 AED ilkin ödəniş tələb olunur. Kartlar 1 il müddətinə verilir, lakin 2 və ya 3 il müddətinə plastik kart aldıqda, ilkin ödəniş  il sayına vurulur. Kart sahibi istənilən vaxt ilkin məbləğdən istifadə edə bilər.

“DəmirBank” “Pulsuz kart” kampaniyası ilə yanaşı,  “Cəmi 5 manata” aksiyasını da keçirir, bu halda müştəri cəmi 5 manata 1 il müddətinə VISA Classic və MasterCard Standard plastik kartları ala bilər . Mövcud tariflərə görə, bankın kartlarını hesaba ilkin ödəniş etmədən müxtəlif müddətlərə əldə etmək mümkündür.  Bank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” kampaniyasını da həyata keçirir.

Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn sifariş vermək olar.

 “DəmirBank” 1, 2 və ya 3 il müddətinə Azərbaycanda ən geniş  valyuta  (Azərbaycan manatı, ABŞ dolları, Avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) seçimi olan plastik kartları təklif edir.

DəmirBank kartlar üzrə geniş Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank, https://billpay.demirbank.az səhifəsindən onlayn ödənişlər (kommunal, mobil və stasionar rabitə, İnternet, kabel TV xidmətləri, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr) xidmətləri spektri göstərir, həmçinin kart sahiblərinə endirimlər və s. bonuslar təqdim edir.
DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında “Kart sahiblərinə endirimlər” səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.