Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank “SAP for Banking” layihəsinin tətbiqini davam etdirir

DəmirBank Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq SAP for Banking proqram təminatının tətbiqini uğurla davam etdirir.

“Evolution” adlandırılan layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə həyata keçirilir. PriceWaterhouseCoopers isə layihəni icra edən məsləhətçi şirkətdir.

Evolution layihəsi yalnız İT sahəsinə deyil, bütünlükdə biznes transformasiyasını əhatə edir. Müxtəlif modulların (Hesabların İdarə Edilməsi, Xəzinədarlıq, Ödəniş Sistemləri, Kredit, Təminat, İnsan Resursları, Müştərilərlə Əlaqələrin İdarə Edilməsi) tətbiqi istiqamətində geniş işlər aparılıb və bir sıra modullar qismən tətbiq edilib. Qeyd edək ki, CommerzBank, DeutscheBank kimi dünyanın bir çox aparıcı bankları da bu proqram təminatından istifadə edir.

“Ümumi 3 fazadan ibarət layihənin hazırda 2-ci fazası üzrə işlər aparılır. SAP for Banking modulunun ən son – 8-ci versiyası əsasında sistemin modeli və prototipləri qurulub. Model CRM, bank işi, insan resurslarının və sənəd dövriyyəsinin idarə olunması və xəzinədarlıq kimi biznes istiqamətləri əhatə edir. 2-ci faza üzrə konseptual layihələrin işlənməsi həyata keçirilir və sistemin işləmə forması nümayiş olunub. Hazırda işçi qrupu tərəfindən sistemin nizamlanması prosesi həyata keçirilir”, - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank IT infrastrukturun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədləri ilə ötən il həmçinin “İT infrastrukturun yenilənməsi” layihəsini həyata keçirib. Layihə çərçivəsində yeni müasir server və işçi avadanlıqları quraşdırılıb, şəbəkə avadanlıqları və kabel şəbəkəsi yenilənib, İP telefoniya tətbiq edilib, proqram təminatı və İT təhlükəsizlik, eləcə də digər istiqamətlərdə geniş işlər həyata keçirilib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.