Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Eurovision 2012-də Ukrayna təmsilçisi Qaytana DəmirBank-ın müştərisi oldu

Eurovision 2012 mahnı müsabiqəsində Ukraynanı təmsil edən Qaytana DəmirBank-ın müştərisi oldu. Müğənniyə DəmirBank tərəfindən MasterCard Platinum plastik kartı və korporativ hədiyyə paketi təqdim olunub.

DəmirBank-ın Nərimanov filialında keçirilən təqdimat mərasimində ukraynalı müğənninin direktoru Aleksandr Xmurkovskiy də iştirak edirdi. DəmirBank-ın xidmətləri və tarixi haqqında məlumat verildikdən sonra qonaq filial və Bankın iş prosesi ilə yaxından tanış olub.

“Bakı şəhəri ilə çoxdan tanış olmaq istəyirdim. Burada qonaqlara qarşı böyük diqqət və qayğının olduğunu xüsusi vurğulamaq istərdim. Müasirlik və qədimiliyi özündə birləşdirən Bakı, Avropanın ən gözəl şəhərləri ilə rəqabət apara bilər. Ümid edirəm ki, bu müsabiqə bitdikdən sonra da Bakıya tez-tez səfər edəcəyəm. Azərbaycanın milli mətbəxi də çox xoşuma gəldi. Öz növbəmdə müştərisi olduğum DəmirBank-a da minnətdarlığımı bildirirəm”, - deyə, Qaytana DəmirBank-da qonaq olarkən bildirib.

Ukraynalı müğənni Bakıda keçirilən Eurovision 2012 mahnı müsabiqəsində “Be My Guest» mahnısını ifa edəcək. O, may ayının 24-də keçiriləcək ikinci yarımfinalda 7-ci çıxış edərək, finala çıxmaq uğrunda mübarizə aparacaq.

Qaytanaya müsabiqədə uğurlar arzulayırıq və pərəstişkarlarını ona səs verməyə çağırırıq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.