Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə subordinasiya krediti müqaviləsi imzalayıb

DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə subordinasiya krediti müqaviləsi imzalayıb.

DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.

İmzalanan müqaviləyə əsasən, AYİB tərəfindən 10 il müddətinə DəmirBank üçün 7 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Kreditin məqsədi ikinci dərəcəli kapitalın artımıdır və DəmirBank bu məbləği kiçik və orta biznesin kreditləşməsinə yönəldəcək.

“Bu müqavilə DəmirBank ilə AYİB arasında olan 10-cu razılaşmadır və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda verilən ilk subordinasiya kreditidir. DəmirBank və AYİB 1997-ci ildən əməkdaşlıq edir və ümumilikdə qurum tərəfindən 68 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub”, - deyə, Bankın İdarə Heyətinin Sədri Roman Əmircanov bildirib.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.