Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

DəmirBank 8 mart münasibətilə güzəştli avtokreditlər təklif edir

DəmirBank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayıb. 1 martdan 30 aprel 2012-ci il tarixinədək xanımlar DəmirBank-ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.

Şərtlərə əsasən yeni və son 5 ilin istehsalı olan istifadə edilmiş avtomobillər üçün 20% ilkin ödəniş edildikdə avtomobil krediti illik 18%, 50%-dən artıq ilkin ödəniş edildikdə isə illik 17% dərəcəsi ilə verilir.

Avtomobil krediti müştərilərə 20%-dən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.

“Hazırda minlərlə xanım avtomobil sahibidir və bu say hər il artmaqdadır. Artıq ənənəvi xarakter daşıyan bu aksiyamız xanımların avtomobil əldə etmək imkanlarını daha da genişləndirir. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə DəmirBank adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq” - deyə Bankın İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.