Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBankla Yay Təcrübəsi” proqramı başa çatdı

Yay tətili müddətində müxtəlif qabaqcıl universitetlərin tələbələrinin iştirak etdiyi “DəmirBankla Yay Təcrübəsi” adlı proqram 11 sentyabr tarixində başa çatmışdır. Təcrübə müddətində tələbələr əsl komanda işi ilə tanış olmuş və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmiş, karyera təşəbbüslərini üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanmışdırlar.

Qeyd edək ki, bu ilin iyun, iyul və avqust ayları ərzində keçirilən “Yay Təcrübə proqramı” layihəsi çərçivəsində müxtəlif universitetlərdən “DəmirBank”a 500-dən artıq tələbə müraciət etmiş, aparılan test və müsahibələr nəticəsində 20 tələbə Bankda təcrübə keçmək şansı qazanmışdır.

Bankın müxtəlif struktur bölmələrində təcrübə keçmiş tələbələrlə son görüşdə hər bir proqram təcrübəçisi sertifikata layiq görülmüş, DəmirBankın Masallı rayonunda təşkil etdiyi “Yay Təcrübəçilərlə Bir Gün” adlı tədbirdə iştirak edərək qalib olmuş komandaların üzvlərinə hədiyyələr verilmişdir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.