Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Manat əmanətlərindən yüksək gəlir əldə etmək indi daha sərfəlidir

“DəmirBank”ın manat əmanətlərindən yüksək gəlir əldə etmək indi daha sərfəlidir. Bank manat əmanətləri üzrə illik faiz dərəcəsini 3 aya 10%-dək, 6 aya 12%-dək artırıb ki, bu da müştərilərə qısa müddətdə gəlirlərini artırmağa imkan yaradır. 

Bu kampaniyadan istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə “DəmirBank”ın istənilən filialında açdırmaq mümkündür.

Xatırladaq ki, əmanətləri manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir. 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.