Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“MasterCard” ilə endirimlərdən faydalanın

“DəmirBank” müştərilərinə “MasterCard” plastik kartları üzrə endirimlərdən faydalanmağı təklif edir. Belə ki, “DəmirBank” müştəriləri “MasterCard” tərəfindən təqdim edilən endirim kampaniyasında 70-ə qədər brendin məshul və xidmətlərindən 10% endirimlə yararlana bilərlər.

Qeyd edək ki, endirim kampaniyası 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

“DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartları 1, 2 və ya 3 il müddətinə təklif edir. Plastik kartları Bankın filiallarında və həmçinin www.demirbank.az/index.php?/az/ordercard/ internet səhifəsində onlayn sifariş etmək mümkündür.

Bank plastik kart sahiblərinə eyni zamanda Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri,  ödənişlərin (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr) həyata keçirilməsi və endirim imkanları da təqdim edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.