Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” “Yay Təcrübəçilərimizlə Bir Gün” adlı tədbir həyata keçirib

“DəmirBank” “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində Masallı rayonunda“Yay Təcrübəçilərimizlə Bir Gün” adlı tədbir həyata keçirib. “DəmirBank”ın İnsan Resursları Departamentinin tələbələr üçün gerçəkləşdirdiyi bu tədbir onların sosial yönümlü və komanda ilə işləmək bacarığının inkişafınadəstək verib.

“Yay Təcrübəçilərimizlə Bir Gün” adlı tədbirin birinci hissəsində təcrübəçilərin yay boyunca təcrübədə olduqları struktur bölmələr və Bank haqqındakı təəssüratları və bundan sonrakı arzuları ilə tanışlıq olub. Tədbirin ikinci hissəsində isə intellektual, əyləncəli olmaqla bərabər onların komanda ilə işləmək, liderlik, yaradıcılıq, qərar vermək kimi fərdi keyfiyyət və bacarıqlarını nümayiş etdirən müxtəlif oyunlar keçirilib.

Qeyd edək ki, “DəmirBank”“Yay Təcrübə Proqramı”nın sonunda proqramda iştirak edən bütün tələbələri, eyni zamanda “Yay Təcrübəçilərimizlə Bir Gün” adlı tədbirdə üstün bacarıq nümayiş etdirən tələbələri sertfikat və hədiyyələrləmükafatlandıracaq.

Xatırladaq ki, bu ilin iyun, iyul və avqust ayları ərzində keçirilən “Yay Təcrübə proqramı” layihəsi çərçivəsində “DəmirBank”a 500-dən artıq tələbə müraciət etmiş, aparılan test və müsahibələr nəticəsində 20 tələbə Bankda təcrübə keçmək şansı qazanmışdır.Təcrübə müddətində tələbələr əsl komanda işi ilə tanış olur və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda inkişaf edirlər. Eyni zamanda karyera təşəbbüslərini üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.