Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank”ın VİSA plastik kartları ilə Maldiv adalarına səyahət şansı qazanın

“DəmirBank”ın VİSA və ya VİSA Electron plastik kartları ilə Maldiv adalarına bir həftəlik səyahət şansı qazanmaq mümkündür. Belə ki, VİSA plastik kart sahibləri “GoldenPay” sistemi vasitəsilə hesab.az portalında ödəniş etməklə Maldiv adalarına səyahət şansı ilə yanaşı,  10 ədəd televizor, 10 ədəd iPad Mini 3 və 100 ədəd 20 AZN dəyərində hədiyyə kartları qazana bilərlər.

Visa və Visa Electron kart sahiblərikampaniyada iştirak etmək üçün bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə 1 lotereya şansı əldə edir. 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfə artır.

Bir lotereya şansı yalnız bir hədiyyə üçün etibarlıdır.

Qeyd edək ki, qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla seçiləcək. Qaliblərin müəyyən olunacağı lotereya tədbiri isə sentyabrın 3-də “Park İnn” otelində keçiriləcək.

Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.