Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Manatla “DəmirTaksit” kredit kartlarının verilişi davam edir

“DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kredit kartı üzrə manatla kreditlərin verilişini davam etdirir. Belə ki, manatla kredit əldə etmək istəyən müştərilər Bank-ın istənilən filialına yaxınlaşaraq “DəmirTaksit” kartından yararlana bilərlər.

Qeyd edək ki, “DəmirTaksit” kartı üzrə təminat tələb olunmur və minimal aylıq gəlir tələbi  isə 100 AZN-dir.Kart müştərilərəpulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.Bununla yanaşı, müştərinin “DəmirTaksit” kartlarının  avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulma imkanı var. Bu  xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

“DəmirTaksit” kartlarının əlavə üstünlüklərindən biri kartın heç bir partnyor şəbəkəsindən asılı olmamasıdır ki, bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Digər üstünlüyü isə istənilən zaman nağdlaşdırma imkanının olmasıdır.

36 mindən çox istifadəçisi olan “DəmirTaksit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.