Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” uşaqlar üçün keçirdiyi rəsm müsabiqəsi yekunlaşdı

“DəmirBank” bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirib. Müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə müsabiqədə iştirak edib. Müsabiqə böyük maraq yaratmış və çoxlu sayda rəsmlər göndərilmişdir. Müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyənləşdirilib.

Müsabiqədə 1-ci yer tutmuş 7 yaşlı İsrafilov Nahidə uşaq geyim mağazasına100 AZN-lik, 2-ci yer qalibi 5 yaşlı İsmayıov Aminə oyuncaq mağazasına 50 AZN dəyərində kuponlar, 3-cü yer sahibi 7 yaşlı Quluzadə Aişəyə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə edilib.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.