Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” plastik kartlarının üstünlüklərindən faydalanın

“DəmirBank”müştərilərinə təqdim edtiyi plastik kartlar üzrə (VİSA Electron, VİSA Classic, MasterCard Standard, VİSA Gold, VİSA Platinum və s.)  üstünlüklərdən faydalanmağı təklif edir. Belə ki, “DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür. Müştəri istədiyi zaman isə bankomat və bank ofisləri vasitəsilə kartdan vəsaiti nağd şəklində çıxara, eyni zamanda rabitə və kommunal xidmətlərin kartla ödənişini həyata keçirə bilər.Bununla yanaşı, “DəmirBank” müştərilərinə plastik kartlar üzrə əlavə imkanlar və xidmətlər də təklif edir.  Həmim imkanlardan biri 38 günlük faizsiz kredit xəttidir ki, müştəri bu imkandan yararlanaraq kartla 38 günədək faizsiz müddət ilə kredit xətti almaq imkanı əldə edir. Kartla kredit xətti əsasən 1 il müddətinə açılır.

“SMS-Bank” xidməti  isə müştərilərə kart hesablarına mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır. Müştəri plastik kartı ilə aparılan hər əməliyyat zamanı avtomatik olaraq dərhal SMS bildirişi alır. Bu isə kart itirildiyi və digər hallarda təhlükəsizlik baxımından çox vacibdir. Müştərilərə təqdim edilən digər əhəmiyyətli xidmətlər sırasına “Card to Card” xidməti də daxildir. Bu xidmət Bank müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir.“Card to Card” xidməti kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və istifadə müddətini bilməlidir. Pul köçürmələrində isə VİSA plastik kart sahibləri “Cash by code” xidmətindən yararlana bilərlər ki, bu da müştərilərə 5 manatdan 500 manatadək pul göndərmə imkanı verir.

Qeyd edək ki, “DəmirBank”ın plastik kartlarının üstünlük və xidmətlərindən yararlanmaq isətəyən müştərilə tək şəxsiyyət vəsiqəsi ilə Bank-ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər. Plastik kartların sifarişini DəmirBank-ın inernet səhifəsi üzərindən də etmək mümkündür. Sifariş olunan plastik kartlar 3 iş gününə hazır edilir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.