Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank”sürətli pul köçürmələri təklif edir

“DəmirBank” bankda hesab açmadan qısa vaxt ərzində dünyanın 200-dək ölkəsi üzrə sürətli pul köçürmələri təklif edir. Bankın “Western Union”, “Blizko”, “UPT”, “Privat Money”, “Lider” , “Forsaj” və “Şimşək”  kimi pul köçürmə sistemləri ilə ölkəxarici və ölkədaxilinə rahat şəkildə pul vəsaiti göndərmək və almaq mümkündür. Bununla yanaşı, müştərilər“DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə“Mobil danışıq kartı hədiyyə” kampaniyasından da yararlana bilərlər. Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Hədiyyə kampaniyası “DəmirBank” filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili “Şimşək” sistemi üzrə isə yalnız pul göndərənə mobil danışıq kartı hədiyyə edilir.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank”həmçinin Fitch Ratings Beynəlxalq qiymətləndirmə agentliyindən “stabil” proqnozlu “B” reytinqinə, Planet Ratings agentliyindən isə “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.