Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” kartları ilə alış-veriş edənlər dəyərli hədiyyələr qazanacaq

“DəmirBank”ın “MasterCard” plastik kartları ilə alış-veriş edənlər Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı və 8 ədəd İphone 6 mobil telefon kimi dəyərli hədiyyələr qazanmaq şansına sahib olacaqlar.Belə ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda (“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Puma”, “Nike”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Cafe”, “Mado Japan”, “LTB”və s. ) “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir. Onu da vurğulayaq ki, ikinci kart sahibləri tərəfindən edilən ödənişlər əsas kart sahibi tərəfindən edilmiş ödənişlər kimi qəbul olunur.

Qeyd edək ki, lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da  xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək.

“DəmirBank”ın “MasterCard” sahibləri həmçinin Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə edirlər.

Xatırladaq ki, “Qiymətsiz üstünlüklər” kampaniyası iyulun 3-dək davam edəcək.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.