Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank”a kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün 20 milyon dollar ayırılıb

Hər zaman beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə önəm verən “DəmirBank” bugün də beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını uğurla davam etdirir. Bunun göstəricisi olaraq, Asiya İnkişaf Bankı (AİB) ilə uğurlu əməkdaşlıq edən “DəmirBank”a AİB tərəfindən kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 20 milyon dollar ayırılıb.

Qeyd edək ki,“DəmirBank”ın AİB-lə əməkdaşlığı 2010-cu ildə bağlanan ilk sazişlə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə zəmanətlərin verilməsi və müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində başlayıb. Bank, AİB-in dəstəyi ilə ölkə üzrə mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirib. Bununla yanaşı, qeyri-neft sektorunun - sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında da yaxından iştirak edib.

“DəmirBank”ın kreditləşdirmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə AİB-lə yanaşı digər beynəlxalq və yerli maliyyə təşkilatları ilə də əməkdaşlığı mövcuddur. Bunların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu vardır.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.