Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” kartları ilə ödəniş edənlər mükafatlandırıldı

“Üç qat bonus” kampaniyası çərçivəsində “DəmirBank” kartları ilə Hesab.az ödəmələr portalında ödəniş edib yüksək xal toplayanlar Bank tərəfindən mükafatlandırılıb. Qaliblərə VİSA Gold, VİSA Platinum, Priority Pass kartları və mobil telefon“charger” aləti kimi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “DəmirBank” mütərilərinə geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təklif edir.Bank eyni zamanda plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq  kimi xidmətlər təqdim edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.